vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
AMERİKA  
19:44 | 24 noyabr 2016 | Cümə axşamı Məqaləyə 1425 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Trampın kabinetindəki ilk qadınlar

Nikki Holi və Betsi DeVos yeni prezidentin tənqidçiləri olub

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın seçilmiş prezidenti Donald Taump gələcək administrasiyasına ilk qadın əməkdaşlar seçib. Cənubi Karolina qubernatoru Nikki Holi BMT-də ABŞ elçisi və Betsi DeVos isə təhsil katibi təyin edilib. Onların hər ikisi cənab Trampın keçmiş tənqidçiləri olub.

Cənab Trampın prezident olaraq əsas rəqibi olan Ben Karsonnun da hər hansı posta təyin olunacağı gözlənilir.

«Amerikanı yenidən qüdrətli etməyə yardım etməkdə mənim rolumun nədən ibarət olacağı haqda elan gözlənilir», cənab Karson öz «Facebook» səhifəsində yazıb.

Cənab Tramp çərşənbə axşamı tvit atıb ki, o «ciddi olaraq» cənab Karsonu ABŞ Departamentinin Yenidənqurma və Şəhərsalma vəzifəsində görür.

Xanım Holi və DeVosun təyinatlarının Respublikaçılar tərəfindən idarə olunan Senatın təsdiqləməsi lazımdır.

Cənab Tramp xanım Holini «təcrübəli danışıq aparan» insan adlandırıb və «çoxlu anlaşmalar əldə edəcəyinə» ümid etdiyini deyib.

Xanım Holi deyib ki, o təyinatının təsdiq olunmasına qədər gözləyəcək və ona qədər Cənubi Karolina qubernatoru kimi qalacaq.

Respublikaçıların praymerizi dövründə o, Florida senatı Marco Rubio və sonradan isə Texas senatoru Ted Kruzu dəstəkləyib.

Xanım Holi həmçinin cənab Trampın müsəlman immiqrantlarla bağlı fikrini qəti tənqid edərək onu «qeyri-Amerikan» adlandırıb.

Buna cavab olaraq cənab Tramp onu «qeyri-leqal immiqrasiyada çox zəif» adlandırmış və demişdi ki, Cənubi Karolina xalqı ona görə «utanır».

44 yaşlı xanım Holi, Cənubi Karolinanın ilk azsaylı qadın qubernatoru olub.

Xanım DeVos da vəzifəyə təyinatından məmnunluq ifadə edib. O da seçki kampaniyası dövründə cənab Trampın rəqibləri olan Karli Fiorina, Marco Rubio və Ceb Buşni dətəkləyənlərdən olub.

Xanım DeVos da əvvəllər cənab Tramp və digər konservativlər tərəfindən kəskin tənqid edilən Ümumi təhsil baza standartlarını dəstəkləyənlərdən olub.

Buna baxmayaraq cənab Tramp deyib ki, xanım DeVos «əla və həvəsli təhsil carçısı ola bilər».