«Hələb azad olunmaq üzrədir»
Rus ekspert: «Əl-Babda kürdlər və Suriya ordusunun türk qoşunu ilə toqquşması qaçılmazdır»
Yevgeni KRUTIKOV, Vz.ru, 28.11.2016
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Pentaqon qoşun göndərdi
Arktikada ABŞ-Rusiya rəqabəti güclənir
ABŞ Dövlət Departamenti Tramp administrasiyasının mötədil deyilən müxalifət hissələrini taleyin ixtiyarına buraxacağından təşvişə düşüb Rusiya ilə Hələbin mühasirəsinin başa çatmasını nəzərdə tutan sazişə gəlmək cəhdlərini yerə qoymur. Lakin onun vaxtı göründüyündən də azdır: Suriya ordusu keçən bazar günü çox şeyə nail olub – Hələb «qazan» iki yerə şaqqalanıb və yaraqlıların cəbhəsi hərfi mənada «axıdıb».
Suriya hökumət qoşunları və müttəfiqləri Hələbin şərq hissəsində uğurlu irəliləyişi davam etdirib və cümə günündən bazar ertəsi səhərinədək bir dövrdə əvvəllər cihadçıların istehkamı sayılan bir neçə məhəlləni praktik olaraq döyüşsüz tutub. Şəhərin şərq hissəsinin bir neçə «qazan»a parçalanmasını nəzərdə tutan plan təkcə hərbi deyil, həm də psixoloji nisbətdə effektli çıxıb. Şimali-şərqdə yeni, daha dar «qazan»a düşməkdən qorxan yaraqlılar kütləvi şəkildə oradan getməyə başlayıblar. Məsələn, «Fəthi-Hələb» qruplaşması Heydəriyyə məhəlləsini tərk edib və əvvələr son gülləyədək əldə saxlamağa hazırlaşdığı Bustan əl-Başa məhəlləsində geri çəkilməyi davam etdirir. Suriya qoşunları həm də Bəibdin məhəlləsinin böyük qismini nəzarətə götürüb, Candul fabriki rayonu və Əyn əl-Təl məhəlləsini azad edib.
Cihadçıların bütün cəbhəsi Hanano rayonunda elit «Pələnglər» bölməsinin hücumu nəticəsində Cəbəl yüksəkliyi və Ərd əl-Həmra rayonu ələ keçirildikdən sonra çöküb. «Pələnglər» iki gün ərzində qərb və şərq cəbhələri arasındakı məsafəni bir kilometrədək azaldıb. İndi cihadçı qruplaşmaları «doğramaq» üçün bu bir kilometrlik Sahur məhəlləsinə girmək qalır.
Hökumət qüvvələrinin hücumu (bunda «Pələnglər»dən savayı Respublika qvardiyasının hissələsri və «Səhra qartalları» iştirak edir) yaraqlıların bir hissəsi və yerli əhali içində vahimə doğurub. Humanitar dəhlizlər açılandan bəri ilk dəfə adamların şərqi Hələbdən kütləvi çıxışı haqda əminliklə danışmaq olar. Eyni zamanda yaraqlılar buna mane olmağa cəhd edir və nəzarət-buraxılış məntəqələrinin yollarını minalayırlar. 48 saat ərzində şəhərin şərq hissəsindən hökumətin nəzarət etdiyi qərb hissəsinə 2000 nəfər keçib. Əvvəlki günlərdə şərqi Hələbdən ən yaxşı halda gündə onlarla adam çıxmağa müvəffəq olurdu.
Əsasən «Fəthi-Hələb» qruplaşmasından yaraqlıların əsir düşməsi də başlanıb. Digər qruplaşma – «Ceyş əl-Fəth» Sahur məhəlləsindən qopmamağa çalışır ki, artıq heç kimin idarə etmədiyi yaraqlıların şəhərin şimali-şərq hissəsində cənuba çıxışını saxlasın. Hazırda hökumət gücləri iki tərəfdən – Hanano və Süleyman əl-Hələbidən hücum edirlər. Tikililərin bütün bu kilometri atəş nəzarəti altındadır və narahatlıq var ki, yaraqlılar onlara loyal yerli əhalini dallarınca dartaraq bundan sonra da cənuba can atsa, məsələ qırğınla başa çata bilər.
Digər tərəfdən, Dəməşq yaraqlılara amnistiyanı bir neçə həftə uzadıb. Həmin 48 saat ərzində «Fəthi-Hələb»in 50 yaraqlısı təslim olub və görünür, bu ancaq başlanğıcdır. Hökumət qaynaqları iddia edir ki, şərqi Hələbin daxilində bəzi qruplarla təslim haqda danışıqlar aparılır, lakin yaraqlıların hələlik oradan mütəşəkkil gedişi görünmür. Eyni zamanda dəqiq məlumdur ki, hökumətin düşünmək üçün bəzi şərtləri «Fəthi-Hələb»-in rəhbərliyinə çatdırılıb, cavab gəlməyib.
Cəbhənin başqa sahəsində – Xan əş-Şahda yaraqlılar artıq hökumət ultimatumunu qəbul edib, ağır silahalrı orduya təhvil vetrib, girovları azad edib və mütəşəkkil şəkildə İdlib əyalətinə sarı göndəriliblər. Dəməşq ətrafındakı anklavlarda yaraqlıların müqaviməti indi praktik olaraq kəsilib.
Rusiya HKQ Suriya HHQ ilə yanaşı açar istiqamətlərdə cihadçıların mövqelərinə hücumları davam etdirir. Xüsusən də qeyd olunur ki, Rusiya təyyarələri Xanano rayonunda Suriya ordusunun hücumuna dəstək verib ki, nəticədə onun uğurlu irəlilyişinə zəmanət yaradıb. Suriya ordusunun cümə günü yerli ölçülərə görə əlavə böyük qüvvə alması da öz rolunu oyanayıb – Əl-Bab bəndi cəbhəsinə min nəfərlik yeni briqada gəlib ki, bu da Türkiyə tərəfə hücumun tempini azaltmamaq imkanı verib.
Şeyx Nəcar sənaye zonasının ətrafında yerləşən kiçik qəsəbə və Hələbdən şimalda və şimali-qərbdə Türkiyə sərhədinə doğru avtomobil yolu boyu fermalar da tədricən azad olunur. Hücumun bu sahəsində hökumət qoşunlarına «Suriya Demokratik qüvvələri»ndən yerli kürd dəstələri dəstək verir. Tal əl-Həşhəşat qəsəbəsi məhz birgə səylərlə azad edilib və hazırda hökumət ordusu və kürdlər şimaldan onlara doğru hərəkət edən türk qoşunları ilə gec, ya tez toqquşacaqları Əl-babın, təxminən, səkkiz kilometrliyindədir.
Şərqi Hələbdə ümumən hücumun tempi o qədər sürtəli olur ki, cihadçılar sadəcə hər hansı cavab addımı atmağı çatdırmır. Eyni zamanda hökumət Dəməşqdə artıq indidən dağıdılmış şəhərin bərpası üzrə xüsusi qüvvə və bölmələr yaratmağa başlayıb – hökumətin ən yaxın vaxtlarda qaçqın kütləsinin yerləşdirilməsi ilə məşğul olmağı lazım gələcək.
«Ceyş əl-Fəth» qruplaşması öz tərəfindən şəhərin cənubi-şərq hissəsində ağıllı davranmır – görünür, onun özünümühafizə instinkti, demək olar, itib. Bu yeni, həmcə kiçik «qazan»a maksimal şəkildə yaraqlılar və onlara loyal yerlib əhali yığılsa, sonrakı itkiləri cüziləşdirmək son dərəcə çətin olacaq. (Strateq.az)