vaxtlı-vaxtında oxuyun! Cümə, 29 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
00:57 | 2 dekabr 2016 | Cümə Məqaləyə 995 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Putindən Qərbə bir neçə mesaj

«Rusiya Suriyanın birlik, müstəqillik və ərazi bütövlüyünü dəstəkləyir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya prezidenti Vladimir Putin ölkəsinin xarici siyasət konsepsiyasını təsdiq edib. Sənəddə bildirilib ki, Rusiya hər hansı bir ölkə rəhbərliyinin hüquqa zidd şəkildə dəyişdirilməsi məqsədilə həmin dövlətin daxili işlərinə yönəlik xarici müdaxilə cəhdlərinə qarşı çıxacaq.

Modern.az xəbər verir ki, xarici siyasət konsepsiyasında Rusiyanın silah nəzarətilə bağlı beynəlxalq öhdəlikləri yerinə yetirdiyi və nüvə silah gücünün mərhələli olaraq azaldılması mövzusunda danışıqlara hazır olduğu bildirilib.

Sənəddə Rusiyanın xüsusilə Yaxın Şərqdə nüvə və kütləvi qırğın silahlarından təmizlənmiş bölgə yaradılmasını dəstəklədiyi və ABŞ ilə imzalanan strateji silahların azaldılmasına yönəlik müqavilənin həyata keçirilməsini vacibliyi qeyd edilib.

 ABŞ və NATO ilə münasibətlərə geniş yer verilən xarici siyasət konsepsiyasında Moskvanın NATO-nun Rusiya sərhədlərinə yaxınlaşması və hərbi mövcudluğunu artırmasından narahatlıq duyduğu ifadə edilib.

Sənəddə ABŞ-ın qlobal hava müdafiə sistemi Rusiyanın milli təhlükəsizliyi üçün «təhdid» olaraq adlandırılarkən Moskvanın qarşılıq vermə haqqını gizli tutduğuna işarə edilib.

 Rusiyanın ABŞ ilə əlaqələrini iki ölkənin də xeyrinə olacaq şəkildə inkişaf etdirməyə hazır olduğu bildirilən sənəddə «Moskva ABŞ-ın beynəlxalq arenadakı aksiyalarında qlobal hüquq normalarına sadiq qalmasına ümid edir» ifadələrinə yer verilib.

Avropa Birliyinin (Aİ) Rusiyanın mühüm ticarət tərəfdaşlarından biri olduğu vurğulanan sənəddə Moskvanın Avropa ilə sabit iş birliyini istədiyi vurğulanıb. Rusiyanın yeni xarici siyasət konsepsiyasında hüquqa uyğunluq prinsipi Rusiya xarici siyasətinin prioritetlərindən biri kimi göstərilib.

Rusiyanın Suriya böhranının həll edilməsinin tərəfdarı olduğu və terrorla mübarizədə ortaq təmas qurulmasını təklif etdiyi sənəddə «Rusiya Suriyanın birlik, müstəqillik və ərazi bütövlüyünü dəstəkləyir» deyilir.

Konsepsiyaya Rusiyanın postsovet məkanında münaqişələrin siyasi-diplomatik yolla həllinə tərəfdar olması barədə bənd də daxil edilib.

Rusiyanın hüquqi informasiya portalında yerləşdirilən sənəddə bildirilir ki, rəsmi Moskva Dağlıq Qarabağ probleminin mövcud çoxtərəfli danışıqlar mexanizmi çərçivəsində, ATƏT-in Minsk qrupunun sədri olan digər ölkələrlə qarşılıqlı fəaliyyət, habelə Rusiya, ABŞ və Fransa prezidentlərinin 2009-2013-cü illərdəki birgə bəyanatlarında nəzərdə tutulmuş prinsiplər əsasında həllinə səy göstərir.