vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
22:49 | 4 dekabr 2016 | Bazar Məqaləyə 659 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Yalan iddialara əsaslanır»

«ABŞ Rusiyanın təcavüzünə qarşı çıxmaqda davam edəcək»

MÖVZU İLƏ ƏLAQƏLİ

Vəzifəsindən gedən ABŞ-ın müdafiə naziri Eşton Karter son dəfə Rusiyanı tənqid edərək bildirib ki, ABŞ «yeni formalarda təzahür edən köhnə və yeni» hədələrə qarşı mübarizə aparmaq üçün NATO ilə ittifaqı möhkəmləndirməlidir.

«ABŞ-ın təkbaşına və NATO ilə birlikdə bütün etdikləri Rusiya təcavüzünə qarşı çıxmağa və rəqabətə davamlı hazır olduğumuza zəmanət verir», Pentaqon rəhbəri bildirib.

«Rusiyanın təcavüzü və təxribatları yersiz küsülərə və yalan iddialara əsaslanır», Karter hesab edir.

O bildirib ki, Moskva silahlanma üzərində nəzarət haqqında beynəlxalq sazişi pozub və «nüvə silahı ilə meydan oxuyur».

Bununla yanaşı Pentaqon rəhbəri vurğulayıb ki, ABŞ Rusiyanın simasında düşmən axtarmır.

«Amma qoy heç kim yanılmasın - bizim müttəfiqlərimizi, dünya nizamının əsaslarını və işıqlı gələcəyi vəd edən qaydaları müdafiə edəcəyik».

Bundan əvvəl ABŞ-ın yeni prezidenti Donald Tramp öz seçkiqabağı kampaniyası zamanı alyansda ABŞ-ın rolu barədə şübhəli cavablar verib və Vaşinqtonun öz müttəfiqlərini seçmə üsulunu tənqid edib.