Tramp ilk «atəş»i Pekinə açdı
ABŞ-Çin «müahribəsi» başlandı!
İrina ALKSNİS
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
ABŞ Ədliyyə Nazirliyinə qadın namizəd
Trampın yeni prioriteti Pam Bondidir
-
Çin gəmisinə təxribat ittihamı
Sualtı kabellərin kəsilməsinə görə İsveçin radarında düşən “Yi Peng”dən şübhələnilir
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
“Bu hadisə Çini yavaşladacaq”
Peyk görüntüləri Pekinin nüvə sirrini açıb
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
Tokiodan Pekinə tarixi hədə-qorxu
Yaponiya ilk dəfə döyüş gəmisini Tayvan boğazından keçirdi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
Donald Tramp Tayvan rəhbəri ilə telefon söhbətindən sonra Pekinin iqtisadi və hərbi siyasətini sərt tənqid edərək tvit yayımlamaqla növbəti «antiçin» addımı atıb. Lakin bunu həm diplomatik təcrübəsizlik, həm də məsuliyyətsiz populizm saymaq səhv olardı. ABŞ-ın seçilmiş prezidenti nə etdiyini dəqiq bilir.
Bazar günü dekabrın 4-də ABŞ prezidenti seçilmiş Donald Tramp həm siyasi, həm də media dairələrində geniş rezonans doğurmuş tvit dərc edib: «Məgər Çin bizdən soruşub ki, (şirkətlərimizin rəqabətə girməsinin çətin olması üçün) onların valyutasını devalvasiya etmək, onların ölkəsinə daxil olan mallarımıza yüksək vergi qoymaq və yaxud Cənubi-Çin dənizinin ortasında irimiqyaslı hərbi obyekt inşa etmək yaxşıdırmı? Mən bu cür düşünmürəm».
Bu, Trampın Çinə münasibətdə son günlərdə ikinci kəskin qarşıdurma addımı olub. O bundan iki gün qabaq, demək olar, Amerika prezidentlərinin Tayvan rəhbərliyi ilə birbaşa təmaslarına (1979-cu ildən bəri) 40 illik moratoriumu pozub ada administrasiyasının başçısı Say İnvenlə telefonda söhbət edib.
Telefon söhbəti qızğın nəticələr doğurub. Amerika ekspertləri və KİV-ləri öz qəzəbini Trampın üzərinə tökərək onu səriştəsizlik, prezident vəzifəsinə uyğunsuzluq və Çinlə münasibətlərdə Amerika diplomatiyasının çoxillik səylərini məhv etməkdə ittiham ediblər. Fəaliyyətdə olan administrasiya öz dəyərləndiməsində daha təmkinli çıxıb. Lakin Con Kerrinin şərhi şübhə yeri qoymur ki, baş verənlər Ağ Ev və Dövlət Departamanetində də qıcıq yaradıb: «Bu söhbətdən əvvəl bizimlə əlaqə saxlamayıblar. Həm də düşünürəm ki, bizim tövsiyələrimizi almaq, ən azı, səmərəli olardı».
Qaldı ki, Pekinə, o, diplomatik xətlə Amerika tərəfinə «sərt məlumat» verməklə tamamilə gözlənilən reaksiya sərgiləyib. Çin eyni zamanda baş vermiş hadisəni yumşaltmağa cəhd edib. Bu hərəkəti Çin qəzetlərində təzə seçilmiş prezidentin siyasi təcrübə çatışmazlığı ilə izah ediblər. Amma telefon söhbətindən dərhal sonra dərc edilmiş və Trampın iki «ağrılı döyənəyə» (iqtisadi ixtilaf və Cənubi Çin dənizində hərbi qarşıdurma) eyni vaxtda sıxdığı tvit onun hərəkətlərindəki bütün ifşa-barışdırıcı versiyalara son qoyur. Seçilmiş prezidentin addımları diplomatik təcrübəsizlik və yaxud siyasi bacarıqsızlıqdan deyil, tam şəkildə əks səbəblərdən diktə olunur.
Say İnvenlə söhbətin Tramp komandasının Taybey administrasiyası ilə yaxınlaşmaq üzrə düşünülmüş və çoxdan planlaşdırılmış addım olduğu barədə KİV-ə sızmalar bunu ancaq təsdiq edir.
Tramp Amerikaya hər şeydən başqa sənaye və infrastruktur dirçəlişi vəd etdiyi üçün seçilib və hər şeyə görə, seçkiqabağı vədlərini yerinə yetirmək niyyətindədir. Problem bundadır ki, bu, «sıfır məbləğli oyundur». ABŞ 2000-ci ildən bəri istehsalatda beş milyon iş yeri itirib. Sənaye istehsalının ABŞ-a qaytarılması və proteksionist iqtisadi siyasət əksər transmilli şirkətlər və Ştatların xarici tərəfdaşları üçün ciddi itkilər deməkdir. Çin isə bunların içində birinci yeri tutur.
Amerikanın sənaye dirçəlişi mövzusu seçilmiş prezident üçün o qədər önəmlidir ki, o, artıq bu yöndə konkret addımlar atıb və müəyyən uğurları var. Məsələn, «Carrier» şirkəti öz istehsalını Meksikaya aparmaq əvəzinə İndiana ştatında saxlamağı qət edib, lakin Trampın iş üsulları Amerikanın müəyyən dairələrində məftunluq doğurmur.
Tramp seçkiöncəsi çıxışlarında valyuta manipulyasiyalarına görə Çin mallarına 45% rüsum tətbiq etməyi söz verib. Artıq atılmış addımların qətiyyətinə görə fikir yürüdülsə, o və administrasiyası ABŞ və Çin münasibətlərinin qəfildən kəskinləşməsinə səbəb olacaq sərt fəaliyyətə həqiqətən də hazırdır. Amerikanın yeni administrasiyası və Pekinin bu şəraitdə toqquşması ancaq vaxt məsələsidir. Ölkələr arasındakı bütün problemlər spektrinin – Tibetdən tutmuş Cənubi Çin dənizinədək – bu vəziyyətdə aktuallaşması da bu qədər qaçılmazdır.
Çinlə «yaxşı polis» oyununun Tramp üçün heç bir mənası yoxdur. Madam qoyulmuş məqsədlərə çatmaq üçün onsuz da qarşıdurmaya getmək lazım gələcək, «pis polis» rolunu öz üzərinə götürmək daha yaxşıdır. Bu hətta Pekinlə danışıq mövqelərində üstünlük verəcək. Bəlkə də, Çin hökumətini labüd «bazarlaşma»da əlavə güzəştlərə getməyə məcbur edəcək.
Çünki Trampı təcrübəsiz siyasətçi saymaq nə qədər səhvdirsə, onu ağlına gələni və radikal hərəkət edən məsuliyyətsiz populist saymaq da eynilə bir o qədər böyük yanlışlıqdır.
Son həftələr üzə çıxarıb ki, Trampın arxasında ən müxtəlif sahələr üzrə güclü və nüfuzlu peşəkarları birləşdirən olduqca qüdrətli komanda durur. Onun bütün gurultulu və arabir sarsıdıcı bəyanatları, sonradan aydınlaşdığı kimi, diqqətlə düşünülmüş və hazırlanmış təşəbbüslərdir. Güman etmirəm ki, ən mühüm iqtisadi və geopolitik «sparrinq-tərəfdaş»a münasibətdə başqa cür taktika tətbiq olunsun.
Hər şeyə əsasən, Pekində də bunu başa düşürlər, buna görə də seçilmiş prezidentin «antiçin» tvitini şərhdən imtina edərək hələlik fasilə götürüb və onun sonrakı addımını gözləyirlər. (Strateq.az)