vaxtlı-vaxtında oxuyun! Cümə, 29 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
10:31 | 9 dekabr 2016 | Cümə Məqaləyə 1662 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ruhani yolayrıcındadır

ABŞ sanksiyalarının yenilənmək təhlükəsi yaranıb

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ konqresinin, İran Sanksiyaları Aktını (İSA) daha 10 il müddətinə uzadılması üçün səsverməsindən sonra, prezident Həsən Ruhani, kəskin tənqid ilə üzləşib.

Ruhaninin komandasına, xüsusilə də sərt siyasət tərəfdarları tərəfindən edilən basqı, bunu Tehranın, 2015 nüvə sazişinin pozulması kimi qəbul etdiyini göstərir. ABŞ dövləti isə bunun sazişə zidd olduğunu inkar edir.

Son mübahisə, İran prezidenti və Ruhani tərəfdarlarının, hazırkı administrasiyanın ən böyük uğuru saydığı nüvə sazişini çətin vəziyyətə salıb.

Ruhani, ABŞ nüvə sazişini pozduğu təqdirdə, «sərt cavab» verəcəyini bildirib. Lakin, o, İSA-nın uzadılmasına görə yaranan sərt tənqidləri aradan qaldırmaq üçün cavab tapmaqda çətinlik çəkə bilər.

 

Məsələ nədən ibarətdir?

 

İSA ilk dəfə 1996-cı ildə İran enerji sektoruna qarşı sanksiya tətbiq edilməsi üçün qəbul olunub və məqsəd İranın, kütləvi qırğın silahları (KQS) ilə bağlı yeridəcəyi hər hansı planının qarşısının alınması olub.

Nüvə sazişinin 2016-cı ilin yanvar ayında tətbiqindən sonra, ABŞ prezidenti Barack Obama, İSA-nın İranın neft və qaz sektorunda yatırım ilə bağlı bir neçə müddəasını dayandırmaqdan imtina etdiyini bildirmişdi.

Vaxtı 2016-cı ilin 31 dekabrında bitməli olan İSA, təzəlikcə ABŞ konqresi tərəfindən yenilənsə də, hazırkı prezident tərəfindən təsdiq edilməlidir.

Ağ Ev, İSA-nın uzadılmasını qeyri-vacib sayıb, lakin bunun, İran sazişi ilə qatışmayacağını bildirib.

 

İntiqam təhlükəsi

 

İranda İSA-ya qarşı səs-küy, ali lider Ayətullah Xameneinin artırılmanı, nüvə sazişinin pozulması kimi izah etməsindən sonra daha da artıb. Noyabrda Bəsic üzvlərinə verdiyi çıxışında o, intiqam təhdidi yayıb.

Onun sözlərindən və ABŞ senatının qanunu təsdiqindən sonra, İranın yüksək səviyyəli rəsmiləri bunu pisləyib və hərəkətə cavab verməyi vəd ediblər.

«ABŞ konqresinin son ratifikasiyası, bizim nəzərimizdə JCPOA-ı (nüvə sazişi) pozmaq deməkdir. Bu səbəbdən də ABŞ prezidenti, öz səlahiyyətindən istifadə edərək, onun təsdiqinin və xüsusilə tətbiqinin qarşısını almalıdır. Mən açıq şəkildə bəyan edirəm ki, əgər bu qərarın tətbiq olunarsa, JCPOA-ı pozulacaq və biz, sərt cavab verməli olacağıq,» Ruhani, dekabrın 4-ü parlamentdəki çıxışında deyib.

 

Sərt siyasət tərəfdarları hücumda

 

Bəzi sərt siyasət tərəfdarları, nüvə sazişini «mütləq itki» kimi qiymətləndirir və onun dərhal pozulmalı olduğunu bilidirirlər. Onlar Ruhanini, ABŞ-a qarşı «sadəlövh» davranmaqda ittiham edir və ali liderin «İranın prinsipial düşməni» barəsindəki fikirlərini «etibarsız» adlandırırlar.

Onlar həmçinin, Ruhani administrasiyasını, nüvə sazişinin tətbiqindən sonra, insanların rifahını yüksəldə bilməməkdə ittiham edir və prezidenti sanksiyaların qaldırılması ilə iqtisadi inkişafı əlaqələndirdiyinə görə sərt tənqid edirlər.

Bu arada Xameneinin son fikirləri, siyasətçilərin prezident seçkilərinə altı ay qaldığı bir vaxtda, Ruhaniyə qarşı hücumunu daha da artırıb.

Heç şübhəsiz, saziş, həssas dövlət məsələlərində son sözü deyən ali liderin istəyi olmadan həyata keçməzdi. Lakin, sərt siyasət tərəfdarları, onun ictimai çıxışlarını adətən, nüvə sazişinin tənqidi kimi dəyərləndirirdilər.

Keçən noyabr ayındakı çıxışında Xamenei, İSA kimi problemləri, saziş ilə bağlı «tələsik qərar verilmənin» nəticəsi kimi qiymətləndirib. Ruhaninin tənqidçiləri isə Xameneinin sözlərini, İran danışıqlar komandasının razı olmaması kimi dəyərləndiriblər.

«Biz JCPOA məsələsində, ali liderlə məsləhətləşmədən, heç bir addım atmamışıq,» Ruhani tənqidə cavabında bildirib.

 

İranın mümkün cavabı

 

Ali Milli Təhlükəsizlik Şurasının sədri Ruhani, İranın sazişin tətbiqinə nəzarət edən komitəsinin, İSA-ın artırılması ilə bağlı qərar qəbul edəcəyini, deyib.

ISNA xəbər agentliyinə əsasən, Ruhaninin başçılığı ilə dekabrın 7-i baş tutan görüşdə, ABŞ-ın qərarları ilə bağlı müxtəlif təkliflər müzakirə olunub. Komitə üzvlərinin vurğuladı ən əsas məqam isə, İSA-ın uzadılmasın deyil də, mümkün «tətbiqini», nüvə sazişinin «kobudcasına pozulması» kimi qəbul ediləcəyi olub.

«Verilən qərarlara əsasında, Amerikanın addımları yaxından izlənəcək və qarşı tərəfin fəaliyyətinə uyğun olaraq vacib reaksiya veriləcək,» ISNA yayıb.

Əgər prezident Obama İSA-ya imza atarsa, - çox güman ki - o, nüvə sazişi əsasında, İrana qarşı enerji sanksiyaları ilə əlaqədar hissələrdən imtina etməli olacaq. Görünür ki, Ruhani hakimiyyətinin sazişdən imtina edən tərəf olmayacaq. Xüsusilə, sazişin dönməz tənqidçisi olan ABŞ-ın gələcək prezidenti Donald Trump-ın yanvar ayında ofisi dövr alacağı bir zamanda.

«O, nüvə sazişini zəiflətmək istəyə bilər. O, sazişi cırıb ata da bilər. Sizcə, buna imkan verərikmi? Xalqımız buna imkan verərmi?» Ruhani, noyabrın 6-ı tələbələrlə olan görüşündə deyib.