vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
AMERİKA  
16:00 | 10 dekabr 2016 | Şənbə Məqaləyə 550 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Putinin dostu dövlət katibi ola bilər

Trampdan daha bir sensasiya

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp «ExxonMobile» neft korporasiyasının direktoru Reks Tillersonu dövlət katibi vəzifəsinə təyin etməyə hazırlaşır.

Virtualaz.org xəbər verir ki, bu barədə «The Wall Street Journal» Trampın keçid komandasındakı iki vəzifəli şəxsə istinadən yazır.

Mənbələr bildiriblər ki, 64 yaşlı Tillersonun dövlət katibi olmaq şansı qalan namizədlərdən xeyli çoxdur. Ötən həftə Tillerson Trampla görüşüb və gözlənilir ki, onlar bu həftə sonu yenidən görüşəcəklər. Tramp dövlət katibi postuna təyinatını gələn həftə elan etməlidir. Digər namizədlər isə Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Devid Petreus və ABŞ-ın BMT-dəki keçmiş səfiri Con Boltondur.

Reks Tillerson Rusiya prezidenti Vladimir Putinlə sıx əlaqələrə malikdir. O, 2011-ci ildə Moskvada energetika sahəsində əməkdaşlığa dair danışıqlar aparıb. 2012-ci ildə Putin Tillersonu Dostluq ordeni ilə təltif edib. «ExxonMobile» korporasiyasının rəhbərliyində Tillerson Rusiyaya qarşı sanksiyaların əleyhinə çıxıb.