«Gəlin, onu öz adıyla çağıraq»
Con Makkeyn: «Putin bandit, qatil və KQB agentidir»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
ABŞ Ədliyyə Nazirliyinə qadın namizəd
Trampın yeni prioriteti Pam Bondidir
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
«Vladimir Putin bandit, qatil və KQB agentdir. Gəlin, onu öz adıyla çağıraq». Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Arizona ştatının senatoru Con Makkeyn CBS-ə açıqlamasında deyib.
Makkeyn ABŞ-ın yeni prezidenti Donald Trampın Rusiya və Putinlə bağlı mövqeyindən narahat olduğunu bildirib: «Söhbət ondan getmir ki, Putinlə danışmasın və heç bir iş görməsin. Əlbəttə ki, danışmalıdır. Amma bunu Ronald Reyqan kimi etməli – güc dili ilə danışmalıdır».
Senator ümid edir ki, Tramp məsləhətlərə qulaq asaraq Rusiyaya qarşı siyasətində güc mövqeyindən çıxış edəcək: «Ümid edirəm ki, Tramp Rusiya məsələsində yeni təyin etdiyi müdafiə naziri, general Ceyms Mattisin məsləhətlərini dinləyəcək».
Makkeyn Putinlə sıx əməkdaşlıq etmiş Reks Tillersonun dövlət katibi postuna təyinatından da narahat olduğunu deyib.
Senator açıqlamasında Mərkəzi Kəşfiyyat İdarəsinin Rusiyanın ABŞ-dak son seçkilərə Trampın xeyrinə müdaxilə etdiyinə dair hesabatına da toxunub. Bildirib ki, bu məsələdə hansı addım atmalı olduğunu bilmir: «Neyləməli olduğumu bilmirəm. Aydındır ki, Rusiyanın müdaxiləsi olub. Bu müdaxilə hətta nəticəyə təsir etməyibsə belə, mütləq istintaq aparılmalıdır. Onlar bu kampaniyaya qarışıblar».
Qeyd edək ki, bir müddət əvvəl Makkeyn Trampı Rusiyanın seçkiyə müdaxiləsini etiraf etməyə çağırmışdı.
Senator onu da bildirib ki, Rusiyanın bundan sonrakı təsir və planlarını öyrənmək üçün Kəşfiyyat Komitəsinin senatorlarından ibarət xüsusi komissiyası yaratmağı düşünür.