vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
16:52 | 14 dekabr 2016 | Çərşənbə Məqaləyə 587 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Nəyin bahasına olur-olsun Türkiyə!»

«ABŞ Çinin önünü kəsmək üçün iki ölkəni hədəfə götürüb»

Sərkis Saturyan, REGNUM İA

MÖVZU İLƏ ƏLAQƏLİ

Pekin inkişaf etməkdə olan ölkələrə kürəsəlləşmənin Çin modelini, «Pax Americana» dövrünün azad ticarətinə alternativ təklif edərək «İpək yolu»nun İqtisadi qurşağının inşasını davam etdirir. Söhbət Amerika və Çin kapitalizminin 1970-ci illərdə formalaşdırılmış müvəqqəti alyansı «Kimerike»nin yerinə gələn «Pax Chinica»dan gedir.

ABŞ prezidenti seçilmiş Donald Tramp Transsakit okean sazişindən çıxmaq, sərhəddə hasar ucaltmaqla Meksikanı təhdid etmək haqda mülahizələr yürüdüncə, Çin potensial mənfəəti hesablayır və 2017-ci ildə «İpək yolu» üzrə sammit keçirməyə hazırlaşır – təşkilatçıların fikrincə, bu, Xançjouda bu il sentyabrın 4-5-də 30-a yaxın dövlət başçısının gəldiyi G-20 görüşünün rekordunu qırmalıdır.

Məntiq aydındır. Axı ÇXR sədri Si Szinpinin Şimali Afrikadan kontragentləri ilə bərabər Çini Qərbi və Şərqi Avropa ilə birləşdirməyi nəzərdə tutan layihəsi Cənubi-Şərqi, Cənubi və Mərkəzi Asiyanın 65 ölkəsini əhatə edir. Dünya maliyyə-iqtisadi böhranından sonra Şimali Amerika, Qərbi Avropa və Şərqi Asiya ölkələrnin mərkəzi bankları milli valyutaların rəqabətli devalvasiyası kursunu götürərkən ÇXR rəhbərliyi 1970-ci illərdən bəri əlaməti dolların artan kursu olan proteksionizm təhlükəsi ilə ilk dəfə üzləşib.  

Bu, yetərli oldu ki, Pekin və Brüssel hazırda sayı 650 ilə 700 arasında dəyişən ABŞ-ın hərbi bazaları şəbəkəsinə baxmayaraq, nəqliyyat dəhlizinin yaradılmasına girişsin. Çin, Monqolustan, Rusiya, Belarus, Polşa və Almaniya Pekin-Hamburq xətti üzrə dəmiryol daşımalarının sürətlənməsi üçün gömrükxana və sərhəd nəzarətini sadələşdirmək razılığına gəlib. «China Railway Container Transport» sədri Çjen Minqli o zaman bildirmişdi: «Heç bir çətinlik üz verməsə, bir ildən sonra Çinlə Almaniya arasında müntəzəm konteyner qatarı işləyəcək».

Lakin gerçəklik daha mürəkkəb çıxdı: ABŞ və Avropa Birliyi 2007-ci ildə təsərrüfat mübahisələrinin həlli üçün birgə görüşmək üçün razılığa gələn işgüzar dairələrin rəhbərlərinin daxil olduğu Transatlantik İqtisadi Şurasını yaratdı.

Barak Obama administrasiyasının hakimiyyətə gəlişi ilə (2009-cu ilin yanvarında) iş ölü nöqtədən tərpəndi: 2011-ci ildə yüksək səviyyəli komissiya çağırıldı. Qurum 2013-cü ilin fevralında Çinin Köhnə Dünyadakı iqtisadi layihələrinin önlənməsinə yönəlik Transatlantik Azad Ticarət Zonasının yaradıldığını açıqladı. Ancaq İngiltərə-Amerika elitasında bu məsələ üzrə heç vaxt yekdillik olmayıb. Təsadüfi deyil ki, MTA (ABŞ Milli Təhükəsizlik Agentliyi-tərc.) və MKİ-nin keçmiş əməkdaşı Edvard Snouden Amerika kəşfiyyatını ifşa edən materialları məhz Britaniya mətbuatında ("Guardian" qəzeti) dərc etdirib.Və o, əvvəlcə Honkonqa, yalnız sonra isə siyasi sığınacaq aldığı Moskvaya qaçıb.

 

Nəyin bahasına olur-olsun Türkiyə!

 

Ağ Ev nəqliyyat dəhlizlərinin mühasirəsinə ciddi şəkildə girişdi. Əsas mübarizə ÇXR və AB-ni Orta Asiya, İran və Türkiyə vasitəsilə birləşdirən Cənub dəhlizi uğrunda genişləndi. 2009-cu ildə coğrafiyanın məsləhətini izləməklə «yaşıl inqilab»ın etiraz dalğası İranı bürüdü. Xatırlatmağına dəyərmi ki, Rusiya ordusu İran hadisələrindən bir il qabaq avqustda Pekində olimpiadanın başlanması ilə «sehrli» şəkildə üst-üstə düşən Gürcüstanla müharibədə Abxaziya və Cənubi Osetiyanı qorumağa məcbur olub?

O vaxtdan bəri hadisələrin sürəti Amerika-Çin qarşıdurmasının sinirlərini üzə çıxartmaqla yalnız artıb. Si Szinpin 2013-cü ilin sentyabrında (Astana sammitində) «İpək yolu» konsepsiyasını açıqladı, 2013-cü ilin noyabrında isə artıq İstanbulda Bosfor boğazının altından salınmış  Mərmərə dəmiryol tuneli açıldı.

Çinlilər təntənə içindəydilər: Asiya və Avropa yüz illər ərzində ilk dəfə fasiləsiz nəqliyyat yolu əldə etdi. Lakin sevinmək üçün səbəblər getdikcə azalırdı – 2013-cü ilin mayında İstanbulun Taksim meydanında tezliklə kütləvi yürüşlərə keçən, ABŞ KİV-lərindən dəstək alan etirazlar başlandı. Artıq 2013-cü ilin noyabrında isə Türkiyənin tarixində ən böyük rüşvət qalmaqalı qopdu və Ərdoğan dörd naziri istefaya göndərməyə məcbur oldu. Pekin və Londonla yaxınlaşmağa görə Ağ Ev Ankaradan bu cür  qisas aldı.

Amerikalılar üçün əlavə qıcıq rolunu bu fakt oynadı ki, Türkiyə sanksiya rejimindən yan keçməklə İrana böyük partiya qızıl tədarük edir və Tehran ödənişi dollarla deyil, milli valyuta ilə edirdi.

Təcrübə Ərdoğanın xoşuna gəlib: o, 2016-cı il dekabrın 4-də Çin, İran və Rusiyaya milli valyutalarla ticarətə keçməyi təklif edib. «Hurriyet Daily News» xəbər verir ki, Türkiyə prezidenti Anadolunun mərkəzi əyaləti Kayseridə çıxışın gedişində bildirib: «Əmanətlərini dollar və avroda saxlayan şəxslər onu lirə və yaxud qızıla dəyişməlidirlər».

Pekin, Moskva və Tehran türk lirəsinə dəstək verməyə hələlik tələsmir. Bununla belə, «China Railway Construction Corporation» Limited (CRCC) Qars, Ədirnə, həmçinin Ankara və İstanbulu yüksəksürətli dəmiryol şaxələri ilə birləşdirməyə səy göstərib döyüşə can atır. CRCC baş direktoru müavini Lyu Lin dəqiqləşdirir: «Ümid edirik ki, Türkiyə ərazisində Ermənistan sərhədində yerləşmiş şimali-şərq əyaləti Qarsı birbaşa Bolqarıstana çıxan şimali-qərb əyaləti Ədirnə ilə birləşdirməyə imkan verən yüksəksürətli «Şərq-Qərb» dəmiryolu inşa edəcəyik».

«Sinhua» agentliyinin dəqiqləşdirdiyi kimi, Ankara və Pekin arasında çərçivə sazişi hələ 2010-cu ildə bağlanıb, lakin tərəflər layihənin gerçəkləşdirilməsini hər dəfə təxirə salmalı olub.

«Türkiyənin şərq vilayətlərindəki sabitsizlik və lirənin zəifliyinin doğurduğu siyasi və iqtisadi burulğanlıqla üzləşirik», –  deyə qeyd edən Lyu əlavə edib ki, yalnız ÇXR baş nazirinin I müavini Van Yan və XİN başçısı Van İnin 2016-cı ildə Türkiyəyə baş tutmuş səfərləri dəmiryol şaxəsi inşaatçılarına inam gətirib. Ankara-İstanbul xəttində (Əskişəhr daxil olmaqla) hesablanmış sürət saatda 250 km təşkil edir. Lakin çinli mütəxəssislər əmindirlər ki, bu rəqəmi saatda 280 km-ə çatdırmaq olar. ÇXR Türkiyəyə xüsusi ümidlər bəsləyir. Van İ bu ilin noyabrında Ankara səfərində bildirib: «Türkiyə bölgənin əsas dövlətlərindən biri, nüfuzlu islam  milləti və «Böyük iyirmilik»də təmsil edilmiş inkişaf edən əsas oyunçudur. O, Çinin «İpək yolu» təşəbüsündə mühüm yer tutur… Gözlənilir ki, Qars-Ədirnə dəmiryolunun inşası Türkiyənin şərq və qərbini vahid zəncirdə birləşdirəcək. Çin müəssisələri həmçinin Ankara-İstanbul dəmiryolunun ikinci mərhələsinin inşasına cəlb olunub və Türkiyə hökumətinin dəstəyindən istifadə edir».

ÇXR xarici işlər naziri "Anadolu" agentliyinin jurnalistlərinə xatırladıb ki, Səmalar ölkəsi yüksəksürətli dəmiryolu qatarlarının sayına görə dünyada liderdir – 1,9 min vahid. Van İ xülasə edib: «Qatarlarımızın yığdığı əməliyyat məsafəsi 2,77 milyard km-i keçir ki, bu da Yer kürəsi qurşağının altı eklvivalenti deməkdir. Çinin payına ildə orta hesabla yüksəksürətli qatarlarda 1 milyard səfər düşür ki, bunun da dünyada analoqu yoxdur».

Pekinin dəstəyi Brüsselin ünvanına yetərincə xoşagəlməz açıqlamalar verən Ankaraya əminlik gətirir. "Yeni Şafak" qəzeti Ərdoğandan sitat verib: «Nə Avropa Birliyi, nə irqçilik həddində ləngər vuran  Avropa ölkələri Türkiyəni Avropadan çıxdaş edə bilməz. Biz Avropanın qonağı deyil, sahibiyik».

Ankara möhkəm «arxa cəbhə»yə malik olmaqla Pekini Londona ÇXR-in Anadoludakı indiki iqtisadi fəallığı fonunda nə iləsə artıq fantastik görünməyən dəmiryolu çəkməyə çağırır.

 

İran «mübadiləsi»

Lakin çox şey Çin və Böyük Britaniyanın imkanlarından deyil, həm də gələcək Amerika-Çin münasibətlərindən asılı olacaq. Əlbəttə, Donald Tramp ÇXR-lə açıq qarşıdurmaya hazırlaşmır. Lakin o, kəskinliyi azaltmaqdan da uzaqdır. "Reuters" Trampın sözlərini misal gətirir: «Mən «bir Çin» siyasətinə anlayışla yanaşıram, lakin başa düşmürəm ki, xüsusən də ticarət sahəsində mümkün sazişlər nəzərə alınmaqla biz niyə hökmən bu siyasəti təqib etməliyik».

Yəni Ağ Evin gələcək sahibi mərkəzində heç də Tayvanın deyil, İranın durduğu mübadilə təklif edir. ABŞ senatı İrana münasibətdə sanksiya rejiminin uzadılmasına səs verdikdən sonra islam respublikasının rəhbərliyi qəti şəkildə Pekinə sarı üz çevirib – İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin Asiya turnsei (3-8 dekabr) bundan xəbər verir. O, səfərin gedişində İran neftinin ən böyük isthelakçılarına – Çin, Yaponiya və Hindistana baş çəkib. "Tasnim News" agentliyi Zərifdən sitat gətirir: «Biz ÇXR-lə münasibətləri strateji səviyyəyə qaldırmağa ümid edirik».

İranlılar hələlik tələm-tələsik asiyalı kontragentləri ilə fəaliyyət planını hazırlamaqda ikən Amerika mətbuatı "ExxonMobil"in rəhbəri Peks Tillersonu ABŞ dövlət katibi postuna ən mümkün namizəd adlandırır. Bu təyinat baş tutsa, onda Amerikanın sükanı yanında (gələcək müdafiə naziri Ceyms Mettislə yanaşı) milli iqtisadiyyatın yenidən sənayeləşdirilməsi vasitəsilə Çini önləməyi qarşısına əsas məqsəd qoyan adamlar görünəcək.

Tarixin göstərdiyi kimi, bu cür manevr hələ heç vaxt kürəsəl münaqişəsiz ötüşməyib. Məsələn, II dünya savaşı prezident Franklin Ruzveltə dünya iqtisadiyyatında 2008-ci ildə tam tənəzzülə varan Amerika ağalığını möhkəmlətməyə imkan verib. Buna görə də Barak Obama iki ildən sonra «şistli inqilab»la həmahəng olaraq nəsibi Asiya və Avropanın qovuşuğunda yerləşmiş müsəlman dünyasına Çin ekspansiyasını dayandırmaq olan «ərəb baharı»nı tolazlayıb. Kürəsəl iqtisadiyyatın «qəlbi» 1945-ci ildə Londondan Nyu-Yorka keçib, 1975-ci ildə isə Los-Anceles istiqamətində yerini dəyişib, günümüzdə oradan isə Şanxay və yaxud Honkonqa köç edə bilər. Buna görə də Trampın qarşısında sistemi inkişaf etdirmək deyil, qorumaq vəzifəsi durur. Və bu, epoxal xarakter daşıyır. Çünki ən yaxın əlli ildə fəaliyyətdə olacaq dünya düzəni məhz indi hüdudlar və səciyyyələr kəsb edir. (Strateq.az)