vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
AMERİKA  
10:39 | 14 dekabr 2016 | Çərşənbə Məqaləyə 545 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycanı dostu ABŞ-ın daxili İşlər naziri ola bilər

Tramp sabiq xüsusi təyinatlının adı üzərində durub

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp qarşıdakı 4 ildə bu nəhəng dünya gücünü idarə edəcək komandasının əsas heyətini formalaşdırmaqda davam edir.

Strateq.az xarici mediaya istinadən xəbər verir ki, Tramp ABŞ-ın Daxili İşlər naziri postuna gətirmək istədiyi şəxsin də adını açıqlayıb. Bu, 1961-ci il təvəllüdlü, Respublikaçılar partiyasından Nümayəndələr Palatasının üzvü, 1986-cı ildən 2008-ci ilə qədər ABŞ-ın məşhur «Navy SEAL» («Dəniz suitiləri») xüsusi təyinatlı dəstəsində zabit kimi xidmət keçmiş Ryan Zinkdir. Ryan Zink ABŞ-ın İraqdakı xüsusi əməliyyatlarında yer almış önəmli isimlərdən biri sayılır. 

Ancaq sabiq xüsusi təyinatlının Trampın təklifinə razılıq verib-vermədiyi barədə hələlik hər hansı informasiya yoxdur.

Strateq.az bildirir ki, Ryan Zinkin adı azərbaycanlılara yad deyil. Əksinə, o, Ermənistan-Azərbaycan münaqişəsində birmənalı olaraq Azərbaycanın mövqeyini müdafiə edən dost amerikalılardan sayılır.

Xatırladaq ki, ABŞ Konqresində Montana ştatını təmsil edən Ryan Zink bu ilin aprel ayında Ermənistan-Azərbaycan təmas xətti boyunca yaşanan hadisələr zamanı Ermənistanı sərt tənqid edən bəyanatla çıxış etmişdi.

Həmin vaxt sərhəddəki toqquşmalardan narahatlığını ifadə edən konqresmen Zink, cəbhə xəttindəki toqquşmanın məhz Azərbaycan prezidenti İlham Əliyevin ABŞ-da vitse-prezident Co Bayden və dövlət katibi Con Kerri ilə görüşlərindən dərhal sonra baş verdiyinə diqqət çəkmişdi. Konqresmen Zink həmin məşhur bəyanatında Azərbaycanın ABŞ-ın güclü tərəfdaşı olduğunu, ölkəmizin ABŞ-ın Avropadakı müttəfiqləri və dostlarının enerji təhlükəsizliyinə töhfə verdiyini vurğulamış, Ermənistanın isə regiondakı ABŞ dostlarına qarşı alət kimi istifadə olunması faktından təəssüfünü bildirmişdi. (Strateq.az)