Hələbdə qızğın döyüşlər
«Toqquşmalar güclüdür və bombardmanda ağırdır...»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Pentaqon qoşun göndərdi
Arktikada ABŞ-Rusiya rəqabəti güclənir
Hökumət yönümlü qüvvələr və üsyançı döyüşçülər arasında qızğın döyüşlərin yenidən başladığından sonra dinc əhalinin və üsyançı döyüşçülərin Hələbdən planlaşdırılmış təxliyəsi dayandırılıb.
Hələbdə hökumət döyüşçüləri və üsyançılar arasında atəşkəs çərşənbə axşamı günü elan edilmişdi.
Lakin çərşənbə günü yenidən qızğın döyüşlərın başlaması ilə atəşkəs tamamilə pozulub.
Verilən məlumata görə, hökumətə məxsus avtobuslar əraziyə gəlib, yalnız heç biri sərnişin götürmədən şərqi Hələbi tərk edib.
Həmçinin deyilir ki, Türkiyə və Rusiyanın səyləri ilə əldə edilən təxliyə razılığının bəyan edilməsindən sonra, Suriya hökuməti yeni tələb qoyub.
Bildirilir ki, hökumət müxalif qüvvələr tərəfindən yaxınlıqda mühasirəyə alınmış şəhərlərdən öz döyüşçülərini və dinc əhalini eyni vaxtda təxliyə edilməsini tələb edib.
Şərqi Hələb 2012-ci ildən üsyançıların idarəsi altında olub. Lakin son bir neçə ay ərzində baş vermiş hökumət və Rusiya havadan bomba hücumları nəticəsində, üsyançılar onların idarəsi altında olan və getdikcə daralan əraziyə sıxışdırıblar.
Təxliyə yerli vaxtla saat səhər 03:00 başlamalı idi, lakin məlumata görə, ərazidəki hökumət avtobusları hələ də yerlərində qalır.
«Toqquşmalar güclüdür və bombardmanda ağırdır... görünür ki hər şey (atəşkəs) bitib», Britaniyada yerləşən Suriya fəallarının müşahidə təşkilatının direktoru Rami Abdulrahman deyib.
Qrup, həmçinin təyyarələrin üsyançı əraziləri yenidən bombaladığını bildirib.
Suriyanın müttəfiqi Rusiya deyib ki, Suriya ordusu üsyançılar atəşkəsi pozandan sonra atəş açmağa başlayıb. Suriya hökumətinə məxsus televiziya kanalı üsyançıların Hələbin hökumət tərəfindən idarə edilən ərazilərə raketlə hücumları nəticəsində ən azı altı nəfərin həlak olduğunu deyib.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Suriya qüvvələrini atəşkəsi pozmaqla günahlandırıb və Hələbdəki vəziyyətin «çox həssas» olduğunu deyib. O deyib ki, dinc əhaliyə Hələbin üsyançılar tərəfindən idarə edilən ərazilərini tərk etməyə imkan yaradılmalıdır.
Üsyançı ərazilərdə sakinlərin qorxusu
Hələb sakinləri hökumət yönümlü qüvvələr tərəfindən işgəncəyə məruz qalacaqlarından və ya məcburən hökumət qüvvələrində hərbi xidmətə cəlb ediləcəklərindən qorxurlar. Həmçinin Hələbdə vəhşiliklərin törədildiyini bildirən xəbərlər də yayılıb.
Təxliyə razılığı barədə xəbərlər, dinc əhalinin hökumət yönümlü qüvvələr tərəfindən öldürülməsi barədə BMT-dən verilən məlumatın elan edilməsindən sonra gəlib.
BMT, Hələbin dörd ərazisində azı 82 mülki vətəndaşın öldürüldüyünü, lakin bu rəqəmin çox güman ki, daha yüksək olduğunu ehtimal etdiyini deyib.
BMT və ABŞ bildirir ki, Suriya hökuməti və prezident Bəşər Əsədin müttəfiqləri - Rusiya və İran - şəhərdə baş vermiş vəhşiliklərə cavabdehdir. Suriya hökuməti ilə Rusiya iddiaların yanlış olduğunu bildirir.
Hələbdə mühasirə altında olan ərazilərində qalan sakinlərin dəqiq sayı bilinmir. BMT-nin Suriya nümayəndəsi Stafan de Mistura (Staffan de Mistura) burada əhali sayının təxminən 50,000 olduğunu bildirib.
O deyib ki, ərazidə həmçinin təxminən 1,500 üsyançı döyüşçü qalıb və onların 30 faizi əvvəllər əl-Nüsra Cəbhəsi adı ilə tanınan cihadçı qrupun üzvləridir.
Digər yerli mənbələr hökumətin ələ keçirdiyi ərazilərdən gələn köçkünlərlə birlikdə əhalinin sayı 100,000-ə qədər qalxmış ola bilər deyib.
Şərqi Hələbin hökumət qüvvələri tərəfindən ələ keçirilməsi və üsyançıların ağır məğlubiyyəti artıq demək olar ki, Suriyanın ən əhəmiyyətli şəhərlərini idarə edən Prezident Bəşər əl-Əsəd üçün böyük təbliğat qələbəsidir.
Lakin vətəndaş müharibəsindən əvvəl əhalisinə görə Suriyanın ən böyük şəhəri olan Hələbin alınması hökumət üçün ən böyük mükafatdır.
Hələb Moskvanın strateji şahmat oyununda tək başına çox əhəmiyyət daşımasa da, üsyançıların bu şəhərdə məğlubiyyəti prezident Bəşər əl-Əsədin ən böyük uğurudur.
Rusiyanın müharibəyə müdaxiləsindən əvvəl, prezident Əsədin vəziyyəti daha gərgin idi və onun hərbi qüdrəti getdikcə azalırdı.
Xarici qüvvələr onun hökumətinin təməlini öz strateji maraqlarını qorumaq üçün möhkəmləndiriblər. Və bu maraqlar gələcəkdə nəyin baş verəcəyini müəyyən etməkdə böyük rol oynayacaq.