Trampın demarşı
«Tayvan kartı» ilə diplomatik şantaj, yoxsa ABŞ-Çin «savaşına» hazırlıq?
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Çin gəmisinə təxribat ittihamı
Sualtı kabellərin kəsilməsinə görə İsveçin radarında düşən “Yi Peng”dən şübhələnilir
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
“Bu hadisə Çini yavaşladacaq”
Peyk görüntüləri Pekinin nüvə sirrini açıb
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
Tokiodan Pekinə tarixi hədə-qorxu
Yaponiya ilk dəfə döyüş gəmisini Tayvan boğazından keçirdi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
-
Tramp İranı hədələyib
“Ölkənizi məhv edəcəyik deyərdim”
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
Seçkiöncəsi kampaniyasında Donald Tramp mesajını aydın şəkildə verdi – beynəlxalq arenada ABŞ-a əsas rəqib kimi Çini görür. Bu mesaj göstərdi ki, Birləşmiş Ştatlarla Çin arasında onsuz da sadə olmayan münasibətlər bundan belə bir qədər də mürəkkəbləşəcək. Hələ prezident səlahiyyətlərinin icrasına rəsmən başlamayan Tramp ciddi diplomatik qalmaqal da yaratdı. Söhbət, Tayvan prezidenti ilə baş tutan məlum telefon söhbətindən gedir.
Saniyə 1, qol 1…
Dekabrın ilk günlərində Tayvanın prezidenti Tsay İnven Trampa zəng edərək onu qələbə münasibətilə təbrik etdi. Təbrik zəngi işgüzar söhbətə çevrildi və on dəqiqə davam etdi. Bu dəqiqələr ərzində Tsay İven fürsət tapıb Trampı Tayvanı beynəlxalq arenada dəstəkləməyə, həmçinin iqtisadi, siyasi və hərbi əlaqələri möhkəmləndirməyə çağırdı.
Tramp da öz növbəsində Tayvan liderini mayda keçirilən prezident seçkilərində qazandığı qələbəyə görə təbrik etdi.
Tramp bu sürpriz telefon söhbətini dərhal ictimailəşdirdi. Öz mikrobloqunda yazdı ki, Tayvan prezidenti ona təbrik üçün zəng edib. O da təşəkkür edib. Bu xəbərdən sonra Pekinlə Vaşinqton arasında gərginlik bir qədər də artdı.
ABŞ-Çin münasibətləri
1979-cu ildən bu yana Çinlə ABŞ-ın münasibətləri əsasən bir istiqamət üzrə inkişaf edib. Vaşinqton Çinin vahid və bölünməz olduğunu tanıyıb. Tayvanı isə Çinin bir hissəsi kimi qəbul edib. Vaşinqton üçün Çin hökuməti Pekində oturanlar olub.
Birləşmiş Ştatların mövqeyi həm də belə olub – hər iki tərəfdə yaşayanlar eyni xalqın nümayəndələridir. Onların birləşmək hüququ var. Amma bu birləşmə ancaq demokratik yolla baş tuta bilər.
Bu cür yanaşma amerikalılara Tayvanla əlaqə qurmağa, onlara silah satmağa və hər cür yardım etməyə mane olmurdu. ABŞ Çinin birləşmə prosesinə əsassız müdaxilə edəcəyi təqdirdə, tayvanlılara müdafiə təminatı da vermişdi. Təbii ki, Vaşinqton bunu uca səslə yox, sakitcə edirdi. Hər üç tərəf «qırmızı xətlər»in hansılar olduğunu yaxşı bilirdi.
Tramp «oyun qaydalarını» iki dəfə pozdu. Birincisi, Tayvandan gələn zəngə cavab verməklə və bunu «Twitter»dən dünyaya bəyan etməklə. (Sonuncu dəfə bu, Cimmi Karterin zamanında baş vermişdi).
İkincisi də, Tsayı Tayvan lideri yox, məhz prezidenti adlandırmaqla. Tsay İnvenin Tayvanın müstəqil dövlət kimi tanınmasının tərəfdarı olduğu nəzərə alınsa, Trampın təqdimatı xüsusi diqqət çəkmiş oldu.
«Cənab Tramp, diqqətlə qulaq asın!»
Trampın bu addımı Pekində ciddi təşviş yaratdı. Üstəlik, məlum telefon söhbəti Çin prezidenti Si Tszinpinin ABŞ siyasətinin «patriarxı» hesab olunan Kissincerlə görüşündən bir neçə saat sonra baş tutumuşdu.
Bu arada, Kissincer 1972-ci ildə Vaşinqtonla Pekin arasında «buzların əriməsi» üçün az iş görməmişdi. Çoxları Kissincerin məlum səfərini Tramp iqtidarının Çinə münasibətinin təzahürü kimi qiymətləndirirdi. Və bu qəfil telefon zəngi bütün ümidləri suya saldı.
Qalmaqal dərhal Çinin aparıcı nəşrlərinin səhifələrindən də «boylandı». «The Global Times» belə bir başlıqla məqalə dərc etdi – «Cənab Tramp, zəhmət olmasa, diqqətlə qulaq asın – Çin vahiddir və ticarət predmeti deyil!».
Məqalədə o da vurğulanırdı ki, Çin Trampla qətiyyətli mübarizəyə girməlidir. Və yalnız bu halda ABŞ-ın yeni prezidenti başa düşəcək ki, reallıq haqda təsəvvürü Çinə və bütün dünyaya zorba gəlməklə qazanmırlar.
«Tramp diplomatiyada körpə uşaq kimi cahildir. Sadəlövhcəsinə düşünür ki, Çindən iqtisadi mənfəət əldə etmək üçün «vahid Çin» siyasətindən «kart» kimi istifadə edə bilər. Trampın bu təxribatlarına cavab olaraq Çin də ABŞ-ın düşmənlərinə hərbi dəstək təklif edə bilər», deyə məqalədə bildirilirdi.
Qələbə şoku və qəfil zərbə
Trampa rəsmi səviyyədə də etiraz və narazılıq ifadə olundu.
Ekspertlər deyir ki, çinlilər hələ Trampın qələbəsinin şokundan ayılmamış belə bir vəziyyətlə üzləşəcəklərini təsəvvür belə, etməyiblər:
«Əgər Tramp Tayvanla bavlı mövqeyini dəyişməsə, qarşıda bizi sərt Amerika-Çin qarşıdurması gözləyir. Həm hərbi, həm siyasi, həm də iqtisadi sahədə. Hələlik Çin baş verənlərə o qədər də kəskin reaksiya vermir. Biznes-lobbisi və Konqresdəki adamlarının təsiri ilə Trampın davranışının normallaşacağına ümid edir. Ona görə də radikal cavab tədbirlərinə əl atmır. Bunda qeyri-müəyyənlik də rol oynayır. Tramp komandası, onun hədəf və motivləri haqda Pekində hələ tam təsəvvür yoxdur. Amma istənilən halda bu telefon söhbəti öz təsirini saxlayacaq. Münasibətlərin əvvəlki kimi olmayacağı dəqiqdir».
«Hansı cürətlə?»
Çindən gələn rəsmi və qeyri-rəsmi etirazlara baxmayaraq, Tramp qalmaqallı tvitini silmədi. Üzr də istəmədi. Əksinə öz mövqeyində qaldığını bəyan etdi. Və belə bir tvit yazdı: «Biz onlara (Tayvana) silah satırıq. Mən dəstəyi niyə götürməməli idim?!».
«Fox News»a müsahibəsində isə bir az da kəskin danışdı: «Çin nə etməli olduğum haqda mənə niyə diktə etməyə çalışır? Bu, qısa və əla zəng idi. Hansı cürətlə başqa ölkə mənə dəstəyi götürməməli olduğumu deyir. Dəstəyi götürməmək sadəcə nəzakətsizlik olardı».
Tramp əlavə etdi ki, onun özünün də Çinə bir çox sualları var – yuanın aşağı salınmış məzənnəsi, Çin dənizi ilə bağlı ərazi mübahisəsi, Şimali Koreyaya dəstək və s.
Tramp Birləşmiş Ştatların «vahid Çin» siyasətilə uzlaşmaq məcburiyyətində olmadığını da vurğuladı: «Çinin bu siyəsətini başa düşürəm. Başa düşmədiyim odur ki, Çinlə ticari və başqa məsələlərlə bağlı razılığa gəlmədən biz bu siyasətə niyə bağlı olmalıyıq?".
Ekspertlər bütün bunların Trampın təsadüfən səsləndirdiyi fikirlər olmadığını və ikitərəfli münasibətlər baxımından kifayət qədər ciddi hadisənin yaşandığını deyirlər: «Bu, təsadüf olsaydı, geri addım atılardı və ABŞ Çini daha artıq qıcıqlandırmamağa çalışardı. Tramp isə bunun əvəzinə Tayvan lideri ilə söhbətinə haqq qazandırdı».
Vaşinqtondan üzrxahlıq…
Hələlik ikitərəfli münasibətlərin gələcək taleyi ilə bağlı qeyri-müəyyənlik davam edir. Bəlli olansa odur ki, prezidentlik fəaliyyətinə rəsmən başlayana qədər Trampın bu bəyanatını Obama administrasiyası ört-basdır etməli olacaq.
Artıq Dövlət Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Ned Prays bəyan edib ki, Trampın dedikləri ABŞ-ın Çin siyasətinin dəyişdiyi anlamına gəlmir.
«Biz əvvəlki kimi «vahid Çin» siyasətinə sadiq qalırıq. Pekinlə Tayvanın dinc və stabil münasibətləri bizim fundamental maraqlarımıza xidmət edir. Prezident kürsüsünə oturana qədər Trampın sözlərinə çox fikir vermək lazım deyil», deyə Prays əlavə etdi.
Vitse-prezident Mayk Pens də oxşar bəyanat səsləndirərək Pekinin narahatlıq üçün heç bir əsasının olmadığını dilə gətirdi:
«Sadəcə stəkanda fırtınadır. Bu, nəzakət zəngi idi. O zəng etdi, Tramp da Tayvanın demokratik yolla seçilmiş lideri ilə danışmaq üçün dəstəyi qaldırdı».
Reyqan gedişi
Tsayın Trampa zəngi çoxlarına 1980-ci ildə baş vermiş oxşar hadisəni xatırlatdı. Həmin vaxt Ronald Reyqan Tayvan məsələsinə baxışını kardinal şəkildə dəyişməyə qərar vermiş və Tayvan liderini öz inauqurasiya mərasiminə dəvət etmişdi. Lakin tezliklə müşavirlərinin də təsiri ilə yanlış addım atdığını başa düşmüşdü.
Nəticədə Tayvan nümayəndə heyəti bəhanə ilə mərasimdə iştirakdan kənarlaşdırılmış və insident sürətlə ört-basdır edilmişdi. Reyqan Çinlə əlaqələrini təsdiqləsə də, Tayvana da təhlükəsizliklə bağlı məsələlərdə dəstək vəd etmişdi.
Reyqan hakimiyyətinin sonuna qədər iki ölkə arasında münasibətlər stabil qaldı.
Ola bilsin ki, indi Tramp da anoloji üsula əl atmaq – «Tayvan kartı» ilə Çinlə sövdələşmək istəyir.
Lakin dövr dəyişib. Əgər 80-lərin əvvəllərində ABŞ-la yaxşı münasibətlər Çin üçün həddən artıq vacib idisə, indi Pekin özü «super güc» olmağa iddia edir. Və bu cür diplomatik şantaja cavabı çox sərt ola bilər… (Strateq.az)