vaxtlı-vaxtında oxuyun! Cümə, 29 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
BÖHRAN  
19:15 | 21 dekabr 2016 | Çərşənbə Məqaləyə 1078 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ruslar dinc əhalinin ölümünə görə məsuliyyət daşıyır»

Yavlinski: «Kreml bütün sünni dünyasını özünə qarşı qaldırıb»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Rusiya rəhbərliyi Əsəd rejimini xilas edərək və keçmişdən sovet-amerika qarşıdurmasının qüdrətli ruhunu çağırmaqla ölkəni böyük miqyaslı münaqişəyə soxub. Bu münaqişə isə onun döyüş meydanından uzaqda olan bütün iştirakçıları üçün qeyri-sabitlik yaradır».

Strateq.az bildirir ki, bu sözləri Rusiyanın tanınmış siyasətçisi, «YABLOKO» partiyasının lideri Qriqori Yavlinski Ankarada Rusiya səfirinin öldürülməsini şərh edərkən bildirib.

 Yavlinskinin sözlərinə görə, Rusiya özünə qarşı təkcə Əsəd əleyhdarlarını yox, bütün sünni dünyasını qaldırıb: «Bura həm Türkiyə, həm də Rusiya müsəlmanları aiddir. Bizim girdiyimiz Suriya müharibəsində Rusiya heç bir şeyə nəzarət etmir. Böyük iqtisadi itkilərin, həmçinin ciddi potensial təhlükələrin hesabına Rusiya Hələbdə Əsədin nəzarətini təmin etdi.  Hələlik bu qələbə sayılır. Amma  bir neçə ay əvvəl Palmiranın azad edilməsini də «qələbə» elan etmişdilər».

Onun fikrincə, dünya ictimaiyyəti və sünni əksəriyyətin fikrincə, Suriyada dinc əhalinin ölümünə görə ruslar məsuliyyət daşıyır.