vaxtlı-vaxtında oxuyun! Cümə, 29 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
14:44 | 22 dekabr 2016 | Cümə axşamı Məqaləyə 979 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dialoq dondurulub

Ümidlər Trampa qalıb

MÖVZU İLƏ ƏLAQƏLİ

«Kremllə Vaşinqton arasında bütün səviyyələrdə danışıqlar dondurulub və Moskva buzların tezliklə əriyəcəyini gözləmir».

Bunu Kremlin sözçüsü Dmitry Peskov «Mir TV»yə müsahibəsində deyib. Onun sözlərinə görə, tərəflər ya heç danışmır, ya da minimal danışıqlar aparırlar və münasibətlər yeni prezident Donald Tramp iş başına keçən kimi düzələsi deyil. D.Peskov buna iki məsələnin—NATO-nun genişlənməsinin və Rusiyaya qarşı sanksiyaların səbəb olduğunu söyləyib.

Rusiya prezidenti Vladimir Putin də dekabrın 21-də sanksiyalar haqda danışıb, onların ölkələri cəbhələrə ayırdığını, ümumi bəlaya - terrora qarşı cəhdləri birləşdirməyə imkan vermədiyini deyib.

D.Tramp seçki kampaniyası zamanı Rusiyayla münasibətləri yoluna qoyacağına, terrorla Moskvayla birgə mübarizə aparacağına söz verib.

Dövlət Departamentinin sözçüsü Con Kirbi D.Peskovun dediklərini təkzib edib. Fikir ayrılıqlarına baxmayaraq, Vaşinqtonun Moskvayla dialoqu davam etdirdiyini söyləyib.