vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
AMERİKA  
21:58 | 24 dekabr 2016 | Şənbə Məqaləyə 1326 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ASO-ya silah, NATO-ya dəstək

Obama «Rusiyanın cilovlanması» məqsədi ilə 4,3 milyardlıq qanun imzaladı

MÖVZU İLƏ ƏLAQƏLİ

Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama 2017-ci il üçün müdafiə xərclərinə dair qanunu imzalayıb.

Lent.az-ın Rusiya KİV-nə istinadən məlumatına görə, yeni qanun Rusiya ilə hərbi əməkdaşlığın məhdudlaşdırılmasını, «Maqnitski qanunu»na qlobal status qazandırır və Suriya müxalifətinə (Azad Suriya Ordusu - ASO) silah yardımını nəzərdə tutur.

Sənədə görə, Rusiya «Ukrayna ərazilərinin işğalına, həmçinin Ukrayna və digər NATO ölkələrinin suverenliyinə təhdid yaradan addımlara son qoymayınca» Moskva ilə hərbi əməkdaşlığa vəsait ayrılması qadağan olunur.

Bundan başqa, Rusiyanın Krım üzərində suverenliyinin tanınmasına xidmət edə biləcək hər hansı addımın maliyyələşdirilməsi qadağan olunub. Bu məsələdə yalnız ABŞ-ın milli təhlükəsizliyi ilə bağlı məqam istisna olunur.

Yeni qanunda «Rusiyanın cilovlanması» məqsədilə 4,3 milyard dollar ayrılması nəzərdə tutulur. Bu vəsait «siyasi, iqtisadi və ictimai diplomatiyaya», həmçinin ABŞ-ın NATO-dakı müttəfiqlərinin, Avropa və Asiyadakı tərəfdaşlarının dəstəklənməsinə sərf olunacaq.

Müdafiə xərcləri haqqında yeni qanun ABŞ prezidentinə imkan verir ki, rəsmi Vaşinqtonun korrupsiya və insan haqları pozuntusunda günahkar bildiyi şəxslərə sanksiya tətbiq etsin. Bu cür sanksiyalara ABŞ-ın yurisdiksiyasında olan əmlak və aktivlərin bloklanması daxildir.