vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
BÖHRAN  
19:56 | 29 dekabr 2016 | Cümə axşamı Məqaləyə 1417 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Putin qoşunları Suriyadan çıxarır

ASO Suriya hakimiyyəti ilə danışıqlara da başlamalıdır

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya prezidenti Vladimir Putin ölkənin Suriyadakı hərbi iştirakının ixtisar ediləcəyini açıqlayıb. Virtualaz.org xəbər verir ki, bu barədə Putin Kremldə müdafiə naziri Sergey Şoyqunu və xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən bildirib.

«Müdafiə Nazirliyinin bizim Suriya Respublikasındakı hərbi iştirakımızı ixtisar edilməsinə dair təklifi ilə razıyam»-Putin bildirib.

Rusiya prezidenti məlumat verib ki, İran və Türkiyənin də səyləri ilə Suriyada qarşıduran tərəflər arasında atəşkəs razılaşması əldə edilib. Razılaşma sabahdan qüvvəyə minəcək. Razılaşmaya əsasən silahlı müxalifət Suriya hakimiyyəti ilə danışıqlara da başlamalıdır. Putinin sözlərinə görə, razılaşmanı cəmi 60 minlik döyüşçüsü olan qruplaşmalar imzalayıb.

Bu, Rusiya prezidentin Suriyadan qoşunların çıxarılmasına dair ikinci qərarıdır. Mart ayında Putin eynən indi olduğu kimi Şoyqunu və Lavrovu Kremlə çağıraraq Suriyadan aviaqruplaşmanın əsas qüvvələrinin çıxarılacağını elan edib. Həmin bəyanatdan sonra Rusiyanın Suriyadakı döyüş təyyarələrinin bir qismi həqiqətən geri qayıdıb, ancaq əvəzində bu ölkəyə vertolyotlar və zirehli texnika, habelə xüsusi təyinatlılar göndərilib. Daha sonra baş verənlər isə ümumiyyətlə Rusiyanın Suriyadakı hərbi iştirakını azaltmadığını göstərib.