vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
AMERİKA  
17:20 | 2 yanvar 2017 | Bazar ertəsi Məqaləyə 1117 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Trampın iş planı açıqlandı

İnauqurasiyadan sonra ilk qərar nə olacaq?

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yanvarın 20-də baş tutacaq inauqurasiya mərasimindən sonrakı iş planı açıqlanıb. Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Tramp ilk olaraq əvvəlki prezident Barak Obamanın imzaladığı bir çox qanunları ləğv edəcək.

Tramp administrasiyasının nümayəndəsi Şon Payser bildirib ki, yeni prezident ilk gün bir sıra qanunlar imzalayacaq. Onların bir çoxu köhnə rəhbərliyin son 8 ildə qəbul etdiyi qərarların ləğvini nəzərdə tutacaq. 

Tramp hesab edir ki, həmin qanunlar ölkənin iqtisadi inkişafına və yeni iş yerlərinin açılmasına əngəl yaradıb. 

Qeyd edək ki, inauqurasiya mərasiminin rəsmi hissəsi yanvarın 19-da səhər saatlarında başlayacaq.

Tramp və vitse-prezident Arlinqton məzarlığına gedərək çələng qoyacaq. Bunun ardınca Linkoln memorialının qarşısında konsert proqramı olacaq.

Yanvarın 20-də prezident və vitse-prezident Konqresdə and içəcək və ardınca Ağ Evə qədər davam edəcək inauqurasiya paradında iştirak edəcəklər.