vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
AMERİKA  
17:32 | 6 yanvar 2017 | Cümə Məqaləyə 1136 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Nəyin varsa, bizə göstər»

Co Bayden: «Böyü, Donald, böyü, böyük olmaq vaxtıdır, sən prezidentsən»

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın vitse-prezidenti Co Bayden ölkənin yeni seçilmiş prezidenti Donald Trampın kəşfiyyat birliyinə olan hücumlarını tənqid edib və onu «böyüməyə» çağırıb.

Cümə günü cənab Trampa noyabrda baş tutmuş prezident seçkilərinə Rusiyanın qarışması iddiaları ilə bağlı məlumat veriləcək.

Amma Donald Tramp Rusiyanın seçkilərə qarışması iddialarını şübhə ilə qarşılayır və «Twitter» hesabında kəşfiyyat ictimaiyyətini tənqid edib.

Cənab Bayden bildirib ki, yeni seçilmiş prezident üçün xüsusi xidmət orqanlarına inanmamaq «tamamilə dəlilikdir».

PBS-ə müsahibə verən cənab Bayden deyib ki, «kəşfiyyat ictimaiyyətindən daha çox bilmək, mən fizikanı professorumdan daha çox bilirəm. Kitabı oxumamışam, amma daha çox bildiyimi bilirəm kimi bir şeydir».

O, Donald Trampın «Twitter»də mütəmadi hücumları ilə bağlı suala cavab verib ki:

«Böyü, Donald, böyü, böyük olmaq vaxtıdır, sən prezidentsən. Nəsə etmək vaxtıdır. Nəyin varsa, bizə göstər».

Co Bayden, həmçinin, cənab Trampı «yaxşı adam» adlandırıb.

Cənab Baydenin sözlərinə görə, o, ABŞ president seçkilərinin quruculuğu prosesində Rusiyanın iştirakının miqyasını şərh edən ABŞ kəşfiyyat orqanlarının məruzəsini oxuyub.

Donald Trampa bu barədə cümə günü məlumat veriləcək. Gizli olmayan versiya isə gələn həftə ictimaiyyətə açıqlanacaq.

Co Bayden deyib ki, Rusiyanın ABŞ prezident seçkilərinə təsir etmək cəhdi barədə hesabatda təfərrüatlar var.

Onun sözlərinə görə, haker hücumu sistemli şəkildə Donald Trampun rəqibi Hillari Klintonun prezident seçkilərindəki kampaniyasını sarsıtmağın tərkib hissəsi olub.

O, əlavə edib ki, haker hücumu şübhə edildiyinindən daha geniş olub. Hücuma məruz qalanlar arasında Klintonun kampaniyasının meneceri Con Podesta və Demokratik Milli Komitənin serverləri də olub.

Sənədlər «Wikileaks» saytı tərəfindən dərc olunub.

Ötən həftə Donald Tramp «çərşənbə axşamı və ya çərşənbə günü» haker hücumu barədə məlumat verəcəyini deyib

Cümə axşamı ABŞ Milli Kəşfiyyatının Direktoru, general Ceyms Klapper Senatın Silahlı Xidmətlər Komitəsinin dinləmələrində bildirib ki, Rusiya prezidenti Vladimir Putin haker hücumunun əmrini verib. Onun sözlərinə görə, motiv gələn həftə açıqlanacaq.

Rusiya ona qarşı olan bu ittihamları inkar edir, lakin ABŞ Rusiya rəsmilərinə qarşı sanksiyalar elan edib.

Cənab Tramp dəfələrlə Rusiya hökumətinin cənab Podesta-nın kompüterləri və ya Demokratik Milli Komitənin serverlərinə haker hücumu təşkil etməsi iddialarını rədd edib.

Ötən həftə Donald Tramp deyib ki, o, «çərşənbə axşamı və ya çərşənbə günü» haker hücumu barədə məlumat verəcək, amma heç bir açıqlama edilməyib.

Cənab Trampın andiçmə mərasimi yanvarın 20-də keçiriləcək.