vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
AMERİKA  
11:37 | 9 yanvar 2017 | Bazar ertəsi Məqaləyə 752 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Obama Trampa şəxsən xəbərdarlıq edib

«ABŞ prezidentliyi sənin üçün ailə biznesi deyil…»

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Barak Obama deyib ki, o, öz xələfi Donald Trampa Ağ Evi «öz ailə biznesi» kimi idarə etməyə cəhd göstərməməyi tövsiyə edib.

«Azadlıq radiosu»na bildirir ki, «ABC News»a müsahibəsində Obama deyib ki, cənab Tramp ABŞ-ın təsisatlarına «hörmət» göstərməlidir: «Elə ki, andiçmə mərasimindən keçdin, sən artıq Yer kürəsində ən böyük təşkilatın başçısı olacaqsan», – deyə Barak Obama bildirib.

O xəbərdarlıq edib ki, idarəetmə ilə kampaniya aparmaq arasında fərq var. Cənab Obama əlavə edib ki, Trampın bir sözü ilə dünya paytaxtları, maliyyə bazarları və insanlar təsirlənə bilər.

Prezident həmçinin Rusyanın ABŞ seçkisini təsirləndirmək məqsədilə həyata keçirdiyi iddia edilən haker hücumlarından da söz açıb və etiraf edib ki, bu təhlükəni lazımınca qiymətləndirməyib. Obama bunu da deyib ki, cənab Trampla söhbətində onu ölkənin kəşfiyyat xidmətlərinə etimad göstərməyə çağırıb.

Donald Tramp aylarla Rusiyanın kibermüdaxiləsi barədə məlumatları rədd etsə də, ötən həftə kəşfiyyat agentliklərinin «böyük pərəstişkarı» olduğunu dilə gətirib, lakin əlavə edib ki, haker hücumunu dəf edə bilməməkdə Demokratik Partiyanın özü təqsirkardır.