vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
19:21 | 11 yanvar 2017 | Çərşənbə Məqaləyə 961 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«ABŞ-da demokratiya dəyərləri zəifləyir»

Obama vida nitqi ilə çıxış edib

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Barak Obama vida nitqində Rusiya və Çini ölkəsinin əsas rəqibləri adlandırıb. Obama çıxışı zamanı Moskva və Pekinin beynəlxalq arenadakı təsirinin ABŞ-ın dünyadakı nüfuzu ilə müqayisə olunmayacaq səviyyədə olduğunu bəyan edib.

Obama, həmçinin demokratiya dəyərlərinin ABŞ-da və dünyada zəifləməsi təhlükəsinin olmasına dair xəbərdarlıq edib. Onun sözlərinə görə, demokratiya dəyərlərinin zəifləməsi dünyada vətəndaş və beynəlxalq müharibələrinin yaranması ilə nəticələnə bilər.

Obama eyni zamanda İŞİD terror təşkilatının darmadağın olunacağına əmin olduğunu bildirib.

Qeyd edək ki, ötən ilin noyabrın 8-də ABŞ-də keçirilən seçkilərdə Donald Tramp rəqibi Hillari Klintona qalib gələrək ölkənin yeni prezidenti seçilib. Donald Trampın inaqurasiya mərasimi yanvar ayının 20-də keçiriləcək.