vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
AMERİKA  
19:51 | 15 yanvar 2017 | Bazar Məqaləyə 1178 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Mütləq ABŞ-a dönməlidirlər»

Tramp Demokrat Partiyasının seçkidən narazı qalmasının səbəbini açıqlayıb

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın seçilmiş prezidenti Donald Tramp Demokrat Partiyasının onun prezident seçilməsindən narazı qalmasının səbəbini izah edib.

D. Tramp hesab edir ki, Demokrat Partiyasının hazırkı prezident Barak Obamanın tərəfdarlarının böyük əksəriyyətinin son prezident seçkilərdə məhz ona səs verməsindən narazı qalıb.

D.Tramp «Twitter» sosial şəbəkəsindəki səhifəsində yazıb ki, ABŞ şirkətləri ölkə daxilində iş yerləri açdıqca seçicilərin bu dəstəyi daha da artacaq: «Avtomobil şirkətləri, o cümlədən digər şirkətlər ABŞ-da bizneslə məşğul olmaq istəyirlərsə, mütləq ABŞ-a dönərək istehsal müəssisələrini ölkəmizdə qurmalıdırlar».

Qeyd edək ki, D. Tramp seçki kampaniyasında ABŞ-dakı bir sıra şirkətlərin vergi və digər xərcləri azaltmaq üçün istehsal müəssisələrini başqa ölkələrə köçürməsinə xüsusi diqqət ayırmışdı. Həmin şirkətləri sərt tənqid edən D. Tramp bildirmişdi ki, bu şirkətlər amerikalıları iş yerlərindən məhrum edir.