vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
DÜNYA  
22:37 | 15 yanvar 2017 | Bazar Məqaləyə 2272 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İki-üç il əvvəl bəziləri güman edirdi ki, ...»

İsrail dünya neft-qaz bazarının oyunçusuna çevrilmək istəyir

Ə.RZAZADƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

«İsrail bir neçə illik tərəddüddən sonra, nəhayət, öz şelf ehtiyatlarının işlənməsinə başlayıb. Bununla da o, nəinki enerji asılılığını aradan qaldıracaq, həm də qonşu dövlətlərə təbii qaz ixrac edəcək».

Strateq.az xəbər verir ki, «News York Times»ın Aralıq dənizindəki qaz yataqlarına dair geniş məqalə bu sətirlərlə başlayır.

ABŞ nəşri hazırda kəşfiyyat işlərinin getdiyi zolaqda «Mavi Mərmərə» gəmisinin Qəzza bölgəsinin blokadasını yarmaq cəhdini və o zamandan gərginləşən İsrail-Türkiyə münasibətlərini xatırladır.

«News York Times» İsrailin energetika naziri Yuval Ştaynitsdən sitat gətirir: «İki, yaxud üç il əvvəl İsraildə bəziləri güman edirdi ki, Türkiyə ilə silahlı münaqişə ola bilər. Amma indi Yaxın Şərqin ən güclü dövlətlərindən biri ilə münasibətlər bərpa olunub».

«News York Times» qeyd edir ki, Türkiyə İsraildən qaz almaq təklifinə razılıq verməyib. Lakin İordaniya rəsmi Tel-Avivlə müqavilə imzalayıb.

Müqaviləyə əsasən, 15 il ərzində İordaniyaya 10 milyard kub metr qaz ixrac ediləcək ki, bu da ölkənin enerji istehlakının 40 faizini təşkil edəcək.

Məqalənin sonunda «New York Times» müəllifi qeyd edir ki, hazırda Misirlə də danışıqlar aparılır. Bununla bərabər, İsrail təbii qazın Kipr, Yunanıstan və İtaliyadan keçməklə Avropaya nəqli barədə planları nəzərdən keçirir. (strateq.az)