Növbəti miqrant faciəsi
Liviya sahilində qayığın batmasından sonra 100-dək insan itkin düşüb
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Avropa qanunsuz mühacirlərə qarşı
Birlik ölkələrində verilən qərarlar...
-
Böhranları aradan qaldıracaq yaxınlaşma
Misir-Türkiyə əməkdaşlığı qaynar regional məsələlərin həll yollarını tapa bilər
-
75 faizi ölümü üçün 1000 avro ödəyib
Aralıq dənizində qayığın batması nəticəsində 21 miqrant itkin düşüb
-
Balinanın qayığı aşırma anı
Göyərtədəki adamlar özlərini okeana atdılar
-
Aralıq dənizində ara qarışır
Türkiyənin Liviyanı müdafiə etməsi Yunanıstanı özündən çıxarır
-
Soydaşlarımız səfərbərliyə cəlb olunacaqmı?
Rusiya ordusu ilə bir illik xidmət müqaviləsi olan miqrantlara vətəndaşlıq verilməsində məqsəd ...
-
Texasda dəhşət
Yük maşınında ən azı 46 nəfər ölü tapılıb
-
Muzdlu “idxalı”
Rusiya Ukraynadakı itkilərini Suriyadan və Liviyadan daşınan silahlılarla qapatmaq istəyir
-
Ərəb ölkələrində qıtlıq
“Supermarketlər əsas malları yığırlar, sonra da baha qiymətə satırlar”
-
Atəşkəsi qorumaq çətin olacaq
Berlin konfransının nəticəsi nə oldu?
-
Türkiyə axtarışlara başlayır
Aralıq dənizində yel əsib, qaz tökülüb?!
-
6 fiziki şəxs, 24 şirkət və 7 gəmi ...
ABŞ Liviyaya qarşı sanksiyaları genişləndirib
-
«Məni axmaq vəziyyətinə qoymusunuz...»
Tramp özündən çıxıb, miqrantları və tabeçiliyindəkiləri söyüb
-
Həmyerlilərimizin vətənə axını başlaya bilər
Səbəb yenə böhrandır - Rusiya iqtisadiyyatında ikinci iflas xəbərdarlığı
-
Bayraqları bayraq yapan...
Dünyanın ikiüzlü, birrəngli-təsvirsiz, dördkünc olmayan qəribə və Ermənistanın son ümid yeri olacaq rəmzləri
-
Liviyada həbsdə olan üç vətəndaşımız azad olundu
Onlar büdcəyə külli miqdarda ziyan vurmaqda günahlandırılırdı
Mindikləri qayıq Liviya sahillərində batdıqdan sonra 100-dək insan Aralıq dənizində itkin düşüb. Axtarışları aparan İtaliya sahil keşikçiləri deyiblər ki, sudan 8 cəsəd çıxarılıb və 4 nəfər xilas olunub. Lakin qaranlıq düşəndən və axtarış işləri çətinləşəndən sonra hələ də onlarca insanın itkin olduğu xəbər verilir.
Qayıq Liviya və İtaliya arasında Liviya sahillərindən 50 kilometrlik məsafədə batıb.
Axtarışda Fransanın bir hərbi gəmisi, iki ticarət gəmisi və hava vasitələri iştirak edir.
İtkin miqrantların hansı ölkələrdən olduqları məlum deyil.
Avropaya quru yolu ilə gələn miqrantların axını 2015-ci ildə ən yüksək həddinə çatdıqdan sonra hazırda azalıb, lakin dəniz yolu hələ də populyar və qorxulu olaraq qalır.
Ötən cümə günü İtaliyanın sahil keşikçiləri Aralıq dənizini keçən 550 miqrantı xilas ediblər.
Xilasetmə işlərinə qatılan Sərhədsiz Həkimlər təşkilatı bildirir ki, bir dəfə balaca üfürmə qayığa 123 nəfərin mindiyinin şahidi olub.
2017-ci ilin ilk iki həftəsində Avropaya dəniz yolu ilə min nəfər gəlib. Hazırkı insidentdədək 11 nəfər ölmüş və ya itkin sayılırdı.
BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığı bildirir ki, 2016-cı ildə Avropaya Aralıq dənizindən keçərək gələn miqrantların 5 mini tələf olub.
Komissarlıq qeyd edir ki, ölümlərin çox olmasının səbəbi insan qaçaqmalçılarının kiçik və ya yararsız qayıqlara çox adam doldurmasıdır.