Tramp vəzifəsinin icrasına başlayır
Politoloq hesab edir ki, onun fəaliyyəti ilə bağlı əksər sualların cavabı prezidentliyinin ilk 100 günü ərzində tapılacaq
Şəfa TAPDIQ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
ABŞ Ədliyyə Nazirliyinə qadın namizəd
Trampın yeni prioriteti Pam Bondidir
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
-
Tramp İranı hədələyib
“Ölkənizi məhv edəcəyik deyərdim”
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
ABŞ prezidenti Donald Trampın inaqurasiya mərasiminə cəmi bir gün qaldı və yanvarın 20-də o, öz fəaliyyətinə, prezident kimi öhdəliklərinin icrasına başlayacaq. Tramp indiyə qədər bu posta seçilən ən fərqli şəxs hesab olunur və ona qarşı münasibətlər birmənalı deyil. Onun seçiləndən sonra verdiyi açıqlamalarının, müsahibələrin çoxu müzakirə mövzusuna çevrilir. Dediklərinin qalmaqala çevriləcəyindən narahat olmayan Tramp haqda mənfi fikirlər nəinki müxtəlif ölkələrdə səsləndirilir, ona hətta öz ölkəsində də xüsusi rəğbət olmadığı hiss olunur. Hətta Rusiya prezidenti Vladimir Putin deyib ki, Trampı devirmək istəyirlər: «Müəyyən qüvvələr Birləşmiş Ştatlarda yeni seçilmiş prezident Donald Trampın legitimliyini zədələmək, onu «Maydan» təşkil etməklə hakimiyyətdən uzaqlaşdırmaq cəhdləri göstərir».
Tənqidçilərinin sayının çox olmasına baxmayaraq, faktdır ki, Tramp prezident seçilib və 1 gündən sonra inaqurasiya mərasimidir. Onun prezidentliyi dövründə necə davranacağı isə maraq doğurur. Buna qədər fərqli ampluası ilə seçilən Trampın fəaliyyəti ABŞ, eləcə də dünya üçün nə vəd edir? Onun dediklərinin icrası mümkün ola bilərmi?
Bu haqda fikirlərini «Kaspi» ilə bölüşən millət vəkili Elman Nəsirov dedi ki, Trampın adı daha çox qalmaqallarla zəngin proseslərin əsasını qoyan prezident kimi hallanır: «Həm ölkənin daxili siyasəti, həm də xarici siyasətlə bağlı edəcəkləri maraqla gözlənilir. ABŞ-ın dünyada qlobal maraqları var ki, bunlar həm ümumi, həm də həyatidir. Onun müxtəlif bəyanatları - ayrı-ayrı ölkələrin daxili işlərinə qarışmayacağı, NATO ilə münasibətlərə yenidən baxacağı, təşkilatda ciddi islahatlara ehtiyac olduğu, NATO ölkələrinin Amerikaya arxayın olmaması və öz hərbi büdcələrini artırması ilə bağlı dedikləri ona qarşı müttəfiqləri arasında da əks mövqe formalaşdırıb. Mənsub olduğu Respublikaçılar Partiyasının özündə də Trampa birmənalı münasibət yoxdur. Bütün bunların fonunda, Trampın 45-ci prezident olaraq, ABŞ-ın maraqlarını necə təmin edəcəyi, müttəfiqləri və müttəfiqləri olmayanlarla münasibətləri necə tənzimləyəcəyi kimi suallar bu gün aktualdır. Düşünürəm ki, bu sualların cavablarını Trampın yanvarın 20-də prezidentliyə başladıqdan sonrakı ilk 100 gün ərzində atacağı addımlar verəcək. Onların yazılmayan qaydaları var. 100 gün ərzində prezidentlik fəaliyyətinə qiymət verirlər və bundan sonra proqnozlara başlayırlar. Prezidentin növbəti dəfə seçilmə şansını, vaxtından erkən getmə, yəni impiçment potensialının necə olduğunu qiymətləndirirlər. Ona görə də düşünürəm ki, tələsmək lazım deyil. Trampın inauqurasiyadan sonra real prezident olaraq, ilk 100 gün ərzində atacağı addımlar bir çox suallara aydınlıq gətirəcək».
E.Nəsirov qeyd etdi ki, Birləşmiş Ştatların prezidentinin öz komandası olur. Komandanın mövqeyinin necə olacağı, prezidentə necə məlumat verəcəkləri qarşıda olan məsələlərdir: «Prezident təhlükəsizlik və s sahələrdə çox məxfi məlumatlarla təmin ediləcək, «nüvə çamadanı» daşıyacaq. Bütün bunlar çox böyük məsuliyyət deməkdir. Bu boyda məsuliyyətin altına girdikdən sonra Tramp namizədliyi dövründəki kimi bəyanatlar verəcək, yoxsa ABŞ-ın real prezidenti kimi üzərinə düşən çox nəhəng məsuliyyətdən çıxış edəcək, bunları zaman göstərəcək. Tələsməyə ehtiyac yoxdur. İlk 100 gün ərzində bu sualların cavabı tapılacaq».
Politoloq Şahin Cəfərli bildirdi ki, Donald Tramp daha əvvəl aktiv siyasətlə məşğul olmayıb, dövlət idarəçiliyində hər hansı təcrübəyə malik deyil və dövlət adamı keyfiyyətlərindən uzaqdır: «ABŞ-ın siyasi tarixinə nəzər yetirdikdə görürük ki, prezident kreslosunda ilk illərdə dövlətin qurucuları (Müstəqillik müharibəsinin iştirakçıları, Müstəqillik Bəyannaməsinin və Konstitusiyanın müəllifləri), daha sonra isə Konqres üzvü olmuş, nazir, vitse-prezident vəzifələrində çalışmış təcrübəli şəxslər əyləşiblər. İndi isə ABŞ və dünya tamamilə fərqli bir profil, qeyri-standart siyasətçi tipi ilə üz-üzədir. Biznes və şou dünyasının qalmaqallı təmsilçisi yanvarın 20-dən etibarən super gücün başında dayanacaq. Hillari Klinton prezident seçilsəydi, ABŞ-ı və dünyanı nələr gözlədiyini proqnozlaşdırmaq asan olardı. Tramp isə proqnozlaşdırılması çox çətin olan bir şəxsdir. Ona görə də onun dövlət idarəçiliyində özünü necə göstərəcəyini hazırda amerikalılar başda olmaqla, bütün dünya çox maraq və səbirsizliklə gözləyir. Şəxsən mənim üçün maraqlıdır, Trampın şəxsi keyfiyyətləri, impulsiv xarakteri, iş adamı təfəkkürü qərarların qəbulunda nə dərəcədə rol oynayacaq? O, qərarlar qəbul edərkən öz komanda üzvlərinin rəyini nəzərə alacaqmı? Xüsusən, xarici siyasət sahəsində Vaşinqtonda qəbul olunacaq qərarlar dünyanın bundan sonrakı gedişatına həlledici təsir göstərəcək. Tramp isə bu sahədə diletantdır. Məsələn, ABŞ media dairələrində belə bir əhvalat danışırlar ki, Tramp öz müşavirləri ilə söhbətində onlara belə bir sual ünvanlayıb – «Bizim nüvə silahımız varsa, ondan niyə istifadə etimirik?»
Politoloq ümid edir ki, qərarların qəbulunda komandadakı peşəkarların mühüm rolu olacaq, çünki əks halda, Trampın düşünülməmiş addımları dünyada ciddi gərginliklərin yaranmasına səbəb olar: «Başqa maraqlı məqam Trampın seçkiqabağı ritorikasının real siyasətdə nə dərəcədə əksini tapacağıdır. O, seçki kampaniyası dövründə bir çox məsuliyyətsiz bəyanat verib, eləcə də populist vədlərlə çıxış edib. Bunların nə qədərinin həyatda öz əksini tapacağını görəcəyik. Tramp üçün çətinlik yaradan digər amil isə onun xalq arasında ciddi dəstəyə sahib olmamasıdır. Keçirilən rəy sorğuları göstərir ki, Tramp Amerika prezidentləri içərisində öz vəzifəsinin icrasına başlayarkən ən aşağı səviyyəli dəstəyə sahib olan prezidentdir. Bundan başqa, onun bəzi təşəbbüslərinin Konqresdə müqavimətlə üzləşməsi ehtimalı da var. Amerikanın güclü liberal mediası Trampın fəaliyyətini çox diqqətlə izləyəcək və onun ən kiçik xətasını da şişirdib, hadisəyə çevirəcək. Bu faktorlar, eləcə də dünyada yaranmış hazırkı durum göstərir ki, Trampı çox çətin 4 il gözləyir».