vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 19 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
AMERİKA  
15:23 | 20 yanvar 2017 | Cümə Məqaləyə 1489 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tramp Amerikanı «birləşdirəcəyinə» söz verib

«Biz bir çox onilliklər ərzində ölkəmizdə edilməyənləri edəcəyik»

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Vaşinqtonda keçirilən andiçmə mərasiminin ərəfəsində baş tutan konsert zamanı seçicilərinə Amerikanı «birləşdirəcəyinə» söz verib.

«Biz ölkəni birləşdirməyə niyyətliyik. Biz Amerikanı bütün xalq üçün qüdrətli etmək istəyirik», cənab Tramp 2 saatlıq konsertin sonunda bildirib.

Donald Tramp, həmçinin, amerikalılara dəyişiklik, yeni iş yerlərinin yaradılması, sərhədlərin möhkəmləndirilməsi və ordunun gücləndirilməsi barədə vəd verib.

«Biz bir çox onilliklər ərzində ölkəmizdə edilməyənləri edəcəyik», ABŞ-ın seçilmiş prezidenti söz verib.

Konsertdə qonaqlar arasında aktyor Con Voyt (Jon Voight) və soul müğənnisi Samuel Deyvid Mur (Samuel David Moore) iştirak edib.

Konsertdən əvvəl Donald Tramp ABŞ-ın iştirak etdiyi müxtəlif müharibələrdə həlak olmuş 200 min qazinin dəfn edildiyi Arlinqton Milli qəbiristanlığını ziyarət edib.

Cümə axşamı Vaşinqtona gələn cənab Tramp Ağ Ev-ə yaxın məsafədə yerləşən və özünə məxsus olan «Trump International» otelində qalıb.

Gələcək prezident administrasiyasının üzvlərinin dəvət edildiyi rəsmi səhər yeməyində Donald Tramp həyat yoldaşı Melania ilə birlikdə iştirak edib.