vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
13:38 | 26 yanvar 2017 | Cümə axşamı Məqaləyə 1214 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Hələ beləsini görməmişdim...»

Donald Tramp Ağ Evdə nəyi çox bəyənib?

MÖVZU İLƏ ƏLAQƏLİ

«The New York Times» qəzeti yeni ABŞ prezidenti Donald Trampın Ağ evə öncə həyəcan və qorxuyla yanaşdığını, amma indi çox şeydən xoşlandığını yazır. Bu haqda qəzetə prezidentin köməkçiləri, sonra da özü danışıb. Məsələn, D.Tramp Ağ evdəki telefonları çox bəyəndiyini deyib: «Bunlar həyatımda gördüyüm ən gözəl telefonlardır».

Prezidentin xoşuna gələnlərdən biri də yeni evindəki təhlükəsizlik sistemidir: «Dünyanın ən təhlükəsiz sistemi… sözlər də ağızdan çıxan kimi partlayır», – prezident gülərək əlavə edib. Bununla o, danışdıqlarını kimsənin qeydə almadığına, kimsənin onu dinləmədiyinə işarə edib.

«The New York Times» D.Trampla onun Ağ evdə keçirdiyi 5-ci gün söhbət edib. Prezident burda da səhər rejiminin «Trump Tower»dəkindən fərqlənmədiyini, hər səhər saat 6-da oyandığını, televizora baxdığını (Ağ evə ilk dəfə kabel televiziyası çəkilib), sonra Ağ evin sol qanadındakı kiçik yemək otağına keçdiyini, qəzetləri – «The New York Times», «The New York Post», indi həm də «The Washington Post»u gözdən keçirdiyini söyləyib.

Ancaq Ağ evdə toplantılar, D.Trampın dediyinə görə, onun öyrəşdiyindən tez – səhər saat 9-da başladığından o, televizora əvvəlki kimi çox baxa bilmir. Əvəzində, kitab oxumadığına görə axşamlar prezidentin televizora çoxlu vaxtı qalır.Aradakı vaxt ərzində D.Tramp sərəncamlara imza atdığını, toplantılar keçirdiyini deyir.

«Yaman çox iclas zalı var», – D.Tramp «The New York Times»a Ağ ev haqda danışanda belə deyib. Qəzet prezidentin Kabinet otağı və Ruzvelt otağını nəzərdə tutduğunu ehtimal edir.

Müəllif Ağ evin D.Trampın gecələdiyi ən məşhur tikili, həm də onun öz mülklərindən sonra yeganə məşhur tikili olduğunu qeyd edir və bunun ona çox təsir etdiyini yazır. Öz mülkü də ekstravaqant və qızılı əşyalarla dolu olsa da, D.Tramp köməkçilərinə Ağ evin əzəmətindən vəcdə gəldiyini, geniş otaqların bu başından o başına xeyli məsafə qət etməli olduğunu deyib.

Qəzet yeni prezidentin, hələ ki, daha çox Oval kabinetdə işləməyə, ya da oturub tamaşa etməyə üstünlük verdiyini yazır. Onun komandasının və ailəsinin üzvləri də belə edirlər. «Yanıma gələnlərin də burda bir qədər qalmaq, tamaşa etmək istədiyini görürəm», – D.Tramp belə deyib.

«The New York Times» yazır ki, yaşadığı yerdə işləmək D.Trampa sələfləriylə müqayisədə daha asan olacaq. Çünki o, eyni binada yaşayıb-işləməyə 10 illərdir öyrəşib. D.Tramp hər gün «Trump Tower»in 58-ci mərtəbəsində yerləşən mənzilindən aşağı – 26-cı mərtəbədəki kabinetinə düşür, Mərkəzi Parka baxan iş otağına keçirmiş.

Keçmiş prezidentlərdən bəziləri Ağ evdə «dustaq» kimi qaldıqlarına etiraz ediblərmiş. Məsələn, Corc Buş havaya çıxmaqdan ötrü darıxdığını deyirmiş. «Amma cənab Tramp günlərlə təmiz hava almadan qala bilər», – «The New York Times» belə yazır.

Qəzet yeni prezidentin xanımı Melaniyanın elə inauqurasiyadan bir gün sonra 10 yaşlı oğlu Barronu da götürüb Nyu-Yorka qayıtdığını xəbər verir: «Beləliklə, D.Trampın dostu televizor və köməkçilərinin etirazlarına baxmayaraq, köhnə və heç də təhlükəsiz olmayan Android telefonudur». («Azadlıq radiosu»)