Kremlin kürd planı
Rusiyanın Suriya konstitusiyası layihəsində nələr var?
Taha DAĞLI, Haber7 (Türkiyə)
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Pentaqon qoşun göndərdi
Arktikada ABŞ-Rusiya rəqabəti güclənir
Rusiya Suriyanın yeni konstitusiya layihəsini hazırlayıb. Layihənin mətni bu cür şərh olunub: Rusiya Suriyada kürd muxtar bölgəsini dəstəkləyir. Amma bu, gerçəkliyə uyğundurmu? Yeni konstitusiyada kürdlərə dair iki mühüm maddə var. Bunların birində «Suriya Ərəb Respublikası» əvəzinə «Suriya Respublikası» ifadəsi yazılıb. Başqasında qeyd olunub ki, kürd dili ərəb dili ilə bərabər istifadə oluna bilər.
Bu maddələr kürdlər üçün mühüm hadisələri nəzərdə tutur, çünki Əsəd rejimi 2011-ci ilədək hətta onların Suriyada eyniyyətini də qəbul etməyib. Lakin bundan Şimali İraqdakı bölgə administrasiyası kimi qurum əldə etmək o qədər də asan deyil.
Rejimə müxalif, 2011-ci ildə yaradılmış Suriya Milli Şurasının ilk sədri Bürhan Qalyun Suriya kürdləri tərəfdən muxtariyyət tələbi haqda bir zamanlar qeyd edib: «Kürdlər Suriyada İraqdakı qədər sıx məskunlaşmayıblar, buna görə də Suriyada Şimali İraqdakına oxşar bölgə administrasiyası yaratmaq son dərəcə çətindir».
Hətta rusların hazırladığı Konstitusiyanın başqa maddələrində Suriyanın ərazi bütövlüyünün qorunmasından danışılır və Suriya ərazilərinin hər hansı formada itirilməyinin qəbuledilməzliyi vurğulanır. Kürdlər tərəfindən muxtariyyət tələbi ilə bağlı bənddə isə qeyd olunur ki, «dövlət sərhədləri yalnız Suriyanın bütün vətəndaşları arasında keçirilən referendum yoluyla dəyişilə bilər».
Başqa sözlə, bu, yalnız Suriyanın bütün əhalisinin səsvermədə iştirakı zamanı mümkündür və kürdlər arasında keçirilən referendum yetərsiz olacaq.
Rusların hazırladığı konstitusiya mətni Əsəd rejiminin qarşı çıxa biləcəyi hal deyil.
Lakin İranın bu barədə nə düşündüyü mübahisəli məsələdir. Çünki son zamanlar Suriya mövzusunda İranla Rusiya arasında bir sıra fikir ayrılıqları var.
Bundan savayı, rusların hazırladığı konstitusiya layihəsində Suriya xalqı haqda çoxsaylı xatırlatmalar İran kimi kənardan gələn qüvvələrin Suriyada sakinləşməsi üçün praktik olaraq imkan qoymur. Və bütün bunlarla yanaşı diqqəti məşğul edən daha bir məqam: Suriya kürdlərindən söz düşəndə həmişə PKK-nn qanadı «Demokratik Birlik» Partiyası (DBP) ağla gəlir.
Suriyada dekabrın 30-da barışıq elan olunanadək ruslar Suriyada PYD-nin Suriyada təcrid etdiyi və PKK-ı qəbul etməyən yerli kürd dəstələri ilə danışıq aparıblar. Rusiyanın Suriya kürdləri haqda baxışları Türkiyənin baxış nöqtəsi ilə uzlaşır. Bunu PYD-PKK-nn Astana sammitinə dəvət edilməməyində gördük, rejimə müxalif kürd qrupları isə Suriya kürdlərinin təmsilçisi kimi bu görüşə qatılıblar.
Rusiya XİN PYD-nin üç təmsilçisini Moskvaya dəvət edib. Suriya müxalifəti də bu görüşə dəvət olunub. Bu durum ruslar tərəfdən PYD-yə dəstəkdən çox PYD-nin digər kürd qruplarına göstərdiyi təzyiqi sındırmaq cəhdi kimi görünür.
Keçən ilin dekabrında Xmeymim hərbi bazasında rusların PYD üzvləri ilə görüşündə PYD-yə ultimativ formada siqnal verilib: «Siz kürdlərin Suriyada yeganə təmsilçisi deyilsiniz».
Rusiya Suriya məsələsinin sürətlə həlli üçün zəruri və hər cür mümkün diplomatik təşəbbüslərdən istifadə edir. O bilir ki, PYD-i ram etmədən bunu etməyə nail olmayacaq. Rusiya bununla bağlı PYD-nin təsirini azaldıb yerli qüvvələri ön planda tutur və bu zaman Türkiyə üçün həssas məqamlara toxunmamağa çalışır. (strateq.az)