vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
AMERİKA  
18:00 | 3 fevral 2017 | Cümə Məqaləyə 1125 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Tramp Putinə güzəşt etməməlidir»

Senator Lindsi Qrem: «Konqres və Ağ Ev Rusiyanı cəzalandırmasalar, qane olan deyiləm»

MÖVZU İLƏ ƏLAQƏLİ

Senatın 2 üzvü Rusiyanın ABŞ-dakı seçkilərə və digər dövlətlərdə keçirilən demokratik seçkilərə müdaxiləsi ilə əlaqədar ikipartiyalı təhqiqata başladıqlarını açıqlayıblar.

APA-nın «Amerikanın səsi»nə istinadən verdiyi məlumata görə, respublikaçı senator Lindsi Qrem (Lindsey Graham) və demokrat senator Şeldon Uaythaus (Sheldon Whitehous) Senatın Terrorçuluq və cinayətkarlıq alt komitəsində çıxış edərək deyiblər ki, Rusiyanın müdaxilələri ilə bağlı komitədə açıq və qapalı dinləmələr təşkil edəcəklər. «Bizim məqsədimiz sadədir – Rusiyanın demokratiyanın dağıdılmasına yönələn fəaliyyətinə daha çox işıq salmaq», - deyə senatorların açıqlamasında bildirilir. Onlar qeyd ediblər ki, məqsəd Rusiyanın ABŞ seçkilərindəki rolunu tam anlamaq, Rusiyanın digər demokratik dövlətlərdə keçirilən seçkilərə təsir məqsədilə istifadə etdiyi metodları öyrənmək və gələcəkdə eyni halların baş verməsinin qarşısını almaqdır.

«Konqres və Ağ Ev səylərini birləşdirib, bizim seçkilərə qarışmaq cəhdinə görə Rusiyanı cəzalandırmasalar, mən qane olan deyiləm», - deyə respublikaçıların nüfuzlu simalarından olan L. Qrem bəyan edib. O, Rusiyanı cəzalandırmaq məqsədilə yeni qətnamə layihəsi hazırladığını söyləyib: «Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi zəruridir».    

L.Qremin sözlərinə görə, prezident Tramp Putinə güzəşt etməməlidir: «Əgər Donald Tramp Putini bizim seçkilərdə yol verdiyi əməllərə görə bağışlasa, bu, zəifliyin açıq nümayişi olacaq və dünyada qeyri-sabitlik güclənəcək».