vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
DÜNYA  
22:52 | 3 fevral 2017 | Cümə Məqaləyə 2288 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kommunistlərə qarşı müharibə

«O partiya ilə sülh olmayacaq»

Filippin prezidenti Rodriqo Duterte gizli fəaliyyət göstərən kommunistlərə qarşı müharibənin başlandığını elan edib. «Mən son 48 saat ərzində çoxlu əsgər itirmişəm», - Modern.az xarici mediaya istinadən bildirir ki, Filippin lideri deyib.

«Düşünürəm ki, atəşkəsin davam etməsi heç nə ilə nəticələnmir. Mən əsgərlərdən xahiş edirəm: düşərgələrə qayıdın, silahınızı təmizləyin, döyüşə hazır olun. Mənə doğrudan çox təəssüflüdür.  Mən öz gücüm daxilində hər şeyi etməyə cəhd göstərdim, lakin bu kifayət etməyib. Kommunist Partiyası ilə sülh olmayacaq. Gəlin, müharibəni bərpa edək Bu haqda danışmaq ağırdır, lakin növbəti nəsil dünyada kommunistləri  görməyəcək». – prezident əlavə edib.

Dutertenin narazılığına səbəb Yeni xalq ordusu kommunistlərinin yaraqlılarının fevralın 10-da başa çatacaq atəşkəs rejimini pozması olub.

Ötən iki sutkada hökumət qüvvələri partizanlarla toqquşmada 7 nəfəri itirib və 3 nəfər əsir götürülüb.

Kommunistlər də öz növbəsində ordunu barışıq adı altında nəzarətlərində olan əraziləri zəbt etməyə cəhddə ittiham edirlər. Onlar həmişəki kimi münaqişənin sülh yolu ilə həllinin tərəfdarı kimi çıxış edirlər.

Maoçu mövqeyində dayanan Yeni xalq ordusu demək olar yarım əsrdir Filippin hakimiyyəti ilə silahlı mübarizə aparır. Partizanlar Filippinin şərqində və cənubundakı ərazilərə nəzarət edirlər.

Qarşıdurma müddətində 40 minə yaxın adam qırılıb.

Yeni xalq ordusunun lideri Xose Mariya Sison Filippin liderinin liseydə müəllimi olub. Duterte dövlətin ali postuna namizədliyini irəli sürəndə proqramına partizanlarla sülh məsələsini də daxil etmişdi. Ancaq sonradan bəyan edib ki, kommunistlər kifayət qədər radikal tələblər irəli sürüblər, o isə bunları yerinə yetirmək iqtidarında deyil.