vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
09:51 | 6 fevral 2017 | Bazar ertəsi Məqaləyə 1038 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Belarus vassal deyil, ...»

«... Lukaşenko da Sərkisyan»

MÖVZU İLƏ ƏLAQƏLİ

Lukaşenko vassal olmaq istəmir və bu mənada Belarus Ermənistandan fərqlənir.

Bu sözləri politoloq Elxan Şahinoğlu Belarus prezidentinin Rusiya siyasətinin tənqidi üzərində qurulan 7 saatlıq nitqini şərh edərkən deyib. E.Şahinoğlu bildirib ki, Lukaşenkonun çıxışı Moskvanın bərabərhüquqlu müttəfiq axtarmadığını göstərir: «Moskvanın sözdə strateji müttəfiqi sayılan Aleksandr Lukaşenkonun çıxışındakı dəmir arqumentlər (Rusiya Belarusa satdığı neftin və qazın həcmini azaldıb, qiyməti isə artırıb, qardaş adlandırdığı ölkədə hərbi baza qurmaqda israrlıdır, süd məhsullarının idxalına icazə vermir, Minskin Krımı Rusiyanın ərazisi tanımasına istəyir və s.) onu göstərir ki, Moskvaya bərabərhüquqlu müttəfiqlər deyil, vassallar lazımdır. Lukaşenko isə vassal olmaq istəmir və bu mənada Belarus Ermənistandan fərqlənir».

Qeyd edək ki, son günlər Belarusla Rusiya arasında münasibətlər pisləşib. Belarus Prezidenti Rusiyanı tənqid edib və rus neftini almayacağını bildirib, həmçinin, Avrasiya İttifaqı ucbatından Belarusun 15 milyard dollar itirdiyini açıqlayıb.