vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
AMERİKA  
10:27 | 10 fevral 2017 | Cümə Məqaləyə 823 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Sübut yoxdur»

Apellyasiya məhkəməsi Trampın miqrant qadağasını bərpa etmədi

MÖVZU İLƏ ƏLAQƏLİ

Xəbər verildiyinə görə, ABŞ-ın apellyasiya məhkəməsi bundan əvvəl Donald Tramp tərəfindın imzalanmış fərmanın qüvvəsini bərpa etməkdən imtina edib. Bu fərman əhalisi əsas etibarilə müsəlman olan 7 ölkənin vətəndaşlarına ABŞ-a gəlməyi qadağan etmişdi.

Prezident Tramp məhkəmənin qərarını «Facebook»da şərh edib: «Məhkəmədə görüşərik. Söhbət ölkəmizin təhlükəsizliyindən gedir».

Apellyasiya məhkəməsinin qərarında həmçinin deyilir ki, hakimlər məsələnin müxtəlif tərəflərinə baxıblar və milli təhlükəsizliyə hədə olduğuna dair prezident administrasiyası tərəfindən verilmiş «bircə dənə də olsun təsdiq» tapmayıblar.

Eyni zamanda ölkə rəhbərliyi bu qadağan siyahısındakı ölkələrin heç olmasa bircə vətəndaşı tərəfindən ABŞ ərazisində terror aktlarının hazırlanmasına dair heç bir sübut təqdim etməyib.

ABŞ Ədliyyə Nazirliyi bəyan edib ki, məhkəmənin çıxardığı qərarı nəzərdən keçirir və sonrakı addımları barədə düşünür.

Ötən həftə ABŞ Ədliyyə Nazirliyi Sietl hakiminin prezidentin miqrantlar barədə fərmanının qüvvəsinin dayandırılmasına dair çıxardığı qərarla bağlı Ali Məhkəməyə təcili apellyasiya müraciəti etmişdi.

Nazirliyin apellyasiya müraciətində deyilirdi ki, məhkəmə qadağanı prezidentin milli təhlükəsizliyin qorunmasına yönəlmiş fərmanını «şübhə altına alır» və fərmanların icrası sistemini «təhrif» edir.

Bu sənəddə habelə qeyd olunurdu ki, prezident Konstitusiyaya uyğun olaraq ölkəyə gəlişə müvəqqəti qadağan qoya bilər.

Vaşinqton ştatının baş prokuroru Bob Ferqüson (Bob Ferguson) Trampın fərmanının qanuniliyini şübhə altına alırdı. O deyib ki, qadağanın dayandırılması bir daha ABŞ Konstitusiyasının aliliyini isbat edib. «Heç kəs, hətta prezident də qanundan yüksəkdə dayana bilməz» – deyib Ferguson.

Bundan əvvəl federal hakim Ceyms Robert (James Robart ) prezident Trampın 27 yanvar tarixli fərmanının qüvvəsini dayandırmışdı.

Bu fərman ABŞ ərazisinə – İraq, Suriya, İran, Sudan, Liviya, Somali və Yəmən vətəndaşlarının gəlişini qadağan edirdi. («Azadliq radiosu»)