ABŞ məhkəmə sistemi Trampa qarşı
Əcnəbilərin ölkəyə daxil olmasını məhdudlaşdıran sərəncamın qüvvəyə minməsinə imkan verilmədi
KAMRAN, kaspi.az
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
ABŞ Ədliyyə Nazirliyinə qadın namizəd
Trampın yeni prioriteti Pam Bondidir
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
-
Tramp İranı hədələyib
“Ölkənizi məhv edəcəyik deyərdim”
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
ABŞ Federal Məhkəmə Dairəsinin üç hakimdən ibarət paneli yekdilliklə aşağı instansiya məhkəməsinin prezident Donald Trampın ölkəyə daxil olmağa qadağa tətbiq edən sərəncamını dayandırması haqda qərarını qüvvədə saxlayıb. Məhkəmə qərarının ardınca Ədliyyə Departamenti «qərarı və öz seçimlərini nəzərdən keçirdiyini» bildirib. Öz hökmündə apellyasiya məhkəməsi bəyan edib ki, hökumət sərəncamın dərhal qüvvəyə minməsinə olan ehtiyacı izah etmək üçün dəlil təqdim etməyib.
Hakimlər hər iki tərəfdə ictimai maraqların olduğunu qeyd edib. «Bir tərəfdən cəmiyyətin milli təhlükəsizliyi və prezidentin buna uyğun siyasət yürütməsini təmin etməkdə güclü marağı var. Digər tərəfdən, cəmiyyətin sərbəst səyahət, ailələrin ayrılmaması və diskriminasiyadan azad olmasında marağı var» - qərarda deyilir. Məhkəmə paneli hesab etdiyini bildirib ki, hökumət apellyasiya şikayətində sərəncamın qüvvədə olmamasının böyük ziyan vuracağını sübut edə bilməyib. Məhkəmə qərarına reaksiya verən Donald Tramp «Twitter»də yazıb: «Sizlə məhkəmədə görüşərik. Millətimizin təhlükəsizliyi ortadadır». Trampın tvitinə cavab verən və sərəncama qarşı çıxan ştatlardan biri olan Vaşinqton ştatının demokrat qubernatoru Cey İnsli yazıb: «Cənab prezident, biz elə indicə sizi məhkəmədə gördük və sizi məğlub etdik».
Ötən həftə Vaşinqton və Minnesota ştatlarının məhkəməyə müraciət etməsinin ardınca Siettldə Dairə Hakimi Ceyms Robart müvəqqəti olaraq sərəncamın qüvvəsini dondurdu. Hakim Ceyms Robart prezident Trampın sərəncamını qüvvədən salan hakim olub. Robartın hökmündən sonra Tvitterdə qəzəbli reaksiya verən Donald Tramp Robartı «özünü hakim adlandıran» şəxs kimi təsvir edərək onun qərarının ölkəyə «çoxlu pis və təhlükəli adamların» axışacağına şərait yaradacağını yazmışdı.
Trampdan söz düşmüşkən, ABŞ-ın yeni prezidentinin xarici ölkələrin liderləri ilə telefon danışıqlarının mətbuata sızdırılması da dünya mediasının əsas müzakirə mövzusudur. «The Washington Post» yazır ki, «Ağ ev narahatdır, prezidentin xarici ölkələrin liderləriylə telefon danışıqlarını kimin sızdırdığını araşdırır». Narahatlığa səbəb, özəlliklə, «Röyters» agentliyinin prezident Donald Trampla Rusiya prezidenti Vladimir Putinin telefon söhbəti barədə məqaləsi olub. Agentlik söhbətdən xəbəri olan və adının açıqlanmasını istəməyən rəsmilərə istinad edərək prezidentlərin həm də nüvə razılaşmasından danışdığını, D.Trampın razılaşmanı pislədiyini yazıb. D.Trampla V.Putin yanvarın 28-də danışıblar və onların nüvə silahı məsələsinə də toxunduqlarını indiyə qədər heç kim deməyib. «Biz məsələni araşdırırıq və bu bizi çox narahat edir», - deyə Ağ evin sözçüsü Şon Spayser belə deyib. O, ölkənin mənafeyi naminə ciddi işlə məşğul olduqlarını, amma danışıqların gizli qalmamasının çox pis hal olduğunu bildirib. D.Trampın Avstraliyanın baş naziri Malkolm Turnbulla telefon söhbəti haqda isə «The Washington Post» qəzeti məlumat yayıbmış. D.Trampın nazirə «sizə zəngim indiyə qədərki ən pis telefon danışığım oldu», - dediyini yazıbmış. «The Hill» nəşri də Şon Spayserə istinadən yazıb ki, «bu təfərrüatlardan bəziləri elə xarakter daşıyır ki, bir çox beynəlxalq protokol və qanunların birbaşa pozulmasıdır». Onun sözlərinə görə, Tramp baş verənlərlə əlaqədar çox narahatdır. «Bu söhbətlərin mövzusunun açıqlanması ehtimalı çox narahatlıq doğurur. Axı biz ölkəmizin adından ciddi işlər görməyə çalışırıq», - mətbuat katibi qeyd edib.
Mətbuat D.Trampın Meksika prezidentiylə də telefon söhbətinin gərgin keçdiyini iddia edir. Üstəlik, qəzetlər bütün bu telefon danışıqları zamanı D.Trampın öz siyasi nailiyyətlərindən, populyarlığından bəhs etdiyini yazır. D.Tramp «Fox News» telekanalına müsahibəsində bunun «biabırçılıq» olduğunu söyləyib, utancverici detalları mətbuata çatdırdığına görə sələfi Barak Obamanın adamlarını, Ağ evdə Obama dövründən fəaliyyət göstərən işçiləri günahlandırıb.