vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
AMERİKA  
12:39 | 11 fevral 2017 | Şənbə Məqaləyə 1114 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ağ Ev, yoxsa podium?

Prezidentin müşaviri canlı yayımda Trampın qızının satdığı paltarları rekalm etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-da prezident Donald Trampın başının üstünü daha bir qalmaqalı alıb. «Amerikanın səsi» xəbər verir ki, buna səbəb prezidentin müşaviri Kellin Konvayın Ağ Evdən canlı yayımda Trampın qızı İvankanın geyim brendini özünün dediyi kimi «pulsuz reklam etməsi»dir.

Nəticədə Ağ Evin əməkdaşları prezidentin müşaviri ilə ayrıca danışmağa məcbur qalıblar. Buna səbəb müşavir xanımın Amerika telekanallarından birinə müsahibəsində insanları prezident qızına məxsus «Ivanka Trump» brendindən pal-paltar almağa çağırması olub. Fevralın 9-da bir sıra konqresmen və ictimaiyyət nümayəndəsi Konveyin bəyanatlarından narahat olduqlarını dilə gətirib. Onların sözlərinə görə, müşavirin çağırışı peşəkar etika normalarının pozulmasıdır.

Elə həmin gün Ağ Evdə - ənənəvi gündəlik konfransın gedişində mətbuat katibi Şin Sapeyser müşavirlə söhbət aparıldığını xəbərləyib. O, nizam-intizam və etik davranış barədə söhbətini bu şəkildə başa çatdırılıb.

Müsahibə zamanı Kellin Konvay nəhəng geyim mağazaları şəbəkəsi olan «Norstrom Inc.»in qərarı haqqında mediada gedən xəbərlərə aydınlıq gətirib. «Norstrom Inc.» prezidentin qızı İvanka Trampa məxsus şirkətin buraxdığı məhsulların satışınının dayandırılmasına qərar verib.«Fox & Friends» proqramının canlı yayımında xanım Konvay İvanka Trampın şirkətini «heyrətamiz» adlandırıb və onu pulsuz reklam etmək istədiyini də sözlərinə artırıb. Üstəlik, bu zaman müşavir Ağ Evin konfrans zalında olub.

«Mənim bu brenddən («Ivanka Tramp») olan geyimim var. Elə indicə onu, sadəcə, pulsuz reklam edəcəyəm. Bu geyimi dərhal alın. Onu internet-mağazalarda tapmaq olar», - prezidentin müşaviri belə deyib. «Vətəndaşlar Vaşinqtonda etika və məsuliyyət uğrunda» ictimai təşkilatı ABŞ hökuməti yanında Etika Məsələləri Üzrə İdarəyə şikayət göndərib. Həmin şikayətdə onlar insidentin araşdırılmasını tələb ediblər. Təşkilatın sözlərinə görə, prezident Donald Trampın baş müşaviri bu bəyanatla federal qanunvericiliyi pozub.

«Qanunlarda aydın yazılıb ki, dövlət məmurları öz mövqelərindən hər hansı fərdin şəxsi maraqlarının xeyrinə istifadə edə bilməz. Hökumətin imkanları özəl şirkətlərin məhsullarının reklamına deyil, ictimai maraqlar istiqamətinə yönəldilməlidir», - adıçəkilən qurumun məktubunda belə deyilir.

Həmin müraciətdə söhbət dövlət məmurlarının etik davranışları haqqında qanundan gedir. Onun bəndlərindən birində deyilir ki, vəzifəli şəxs «mənfəət götürmək məqsədilə məhsulun, xidmətin və ya şirkətin inkişafına və ya dost və qohumlarının, yaxud xidməti vəzifəsindən kənarda münasibətdə olduğu digər şəxslərin şəxsi mənfəətinə imkan yaratmaqdan ötrü öz vəzifə mövqeyini istifadə etməməlidir».

Yüksək vəzifəli demokrat, konqresmen Eliyah Komminqs də araşdırma aparılması tələbiylə ABŞ Nümayəndələr Palatasının Nəzarət və Hökumət İslahatları komitəsinin sədri, konqresmen Ceyson Çaffets ə məktub göndərib. O, eyni zamanda, Konvaya intizam töhməti verilməsini təklif edib.Verilən məlumta görə, Ceyson Çaffets müşavirin sözlərini «tam qəbuledilməz» adlandırıb. Bununla belə, prezidentin müşaviri barədə hər hansı ölçü götürəcəyinə Kapitoliya veteranları şübhəylə yanaşırlar. Onların fikrincə, hökumətin icra qanadının nümayəndəsi olan müşavir birbaşa prezidentə tabedir. («Azadlıq» radiosu)