vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
AMERİKA  
10:15 | 15 fevral 2017 | Çərşənbə Məqaləyə 1485 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Vitse-prezidenti aldadıb»

Ağ Evdən Trampın müşavirinin istefası haqda açıqlama

Aqşin KƏRİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Maykl Flinnin istefasına Donald Trampın münasibəti açıqlanıb. Modern.az saytının «Reuters»ə istinadən xəbərinə görə, bu haqda Ağ Evin mətbuat katibi Şon Spayser danışıb.

«Donald Tramp Maykl Flinnə olan etibarını itirmişdi. Belə ki, Tramp yanvarda öz səlahiyyətlərinin icrasına başlamamışdan öncə Flinn rus məmurlarla əlaqələri səbəbindən vitse-prezident Mayk Pensi aldadıb. Tramp da bir neçə həftə ərzində Flinnin vəziyyətini nəzərdən keçirdi»-deyə o bildirib.

Spayser onu da deyib ki, Tramp Flinnin Rusiyanın ABŞ-dakı səfəri Sergey Kislyakla olan telefon danışığı barədə də məlumatlandırılmışdı.

«Çünki Tramp Flinnə belə bir tapşırıq verməmişdi ki, Rusiya səfiri ilə sanksiyaları müzakirə etsin»-deyə o əlavə edib.

Qeyd edək ki, Maykl Flinnin Rusiya səfiri ilə ABŞ-ın rəsmi Moskvaya tətbiq etdiyi sanksiyaları müzakirə etdiyi barədə məlumatlar beynəlxalq gündəmi silkələmişdi.