vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
18:42 | 15 fevral 2017 | Çərşənbə Məqaləyə 2391 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Obama sizinlə çox yumşaq davranıb»

Tramp sələfini qınadı, Putinə mesaj verdi

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Donald Tramp Krımın Rusiya tərəfindən ilhaqına görə sələfi Barak Obamanı qınayıb. Tramp özünün «Twitter» səhifəsində yazıb: «Rusiya Krımı Obama administrasiyasının dövründə ələ keçirib. Obama Rusiya ilə kifayət qədər yumşaq davranmayıbmı?».

D.Tramp yaxın ətrafındakı şəxslərin Rusiya kəşfiyyatı ilə əlaqələri olduğuna dair «The New York Times» qəzetinin məlumatına da reaksiya verib. O, həmin məlumatı yalan adlandırıb: «Rusiya ilə bu cür əlaqələr nonsensdir. Bu, Hillari Klintonun uduzulmuş seçki kampaniyası zamanı yol verilən çoxsaylı səhvləri ört-basdır etmək üçün edilir».

Prezident bu cür informasiyaların yayılmasında kəşfiyyat orqanlarını ittiham edib və Milli Təhlükəsizlik Agentliyi ilə Federal Təhqiqatlar Bürosundan (FBİ) şübhələndiyini gizlətməyib: «İnformasiyalar qanunsuz olaraq kəşfiyyat ictimaiyyəti tərəfindən «New York Times» və «The Washington Post» kimi bədnam qəzetlərə ötürülür».

Xatırladaq ki, Ağ Evin sözçüsü Şon Spayser bir gün əvvəl prezident Donald Trampın Krım məsələsi ilə bağlı rəsmi mövqeyini ifadə edib. O bildirib ki, prezident Rusiyadan Krımı Ukraynaya qaytarmasını gözləyir.