vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
AMERİKA  
18:18 | 16 fevral 2017 | Cümə axşamı Məqaləyə 2097 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ kəşfiyyatı məxfi məlumatları Trampdan gizlədir

Etimadsızlığın nə qədər dərin olduğu görünür

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ kəşfiyyat strukturları məxfi məlumatların bir hissəsini prezident Donald Trampdan gizləyir. Bu barədə «The Wall Street Journal» qəzeti keçmiş və indiki dövlət məmurlarına istinadən məlumat yayıb.

Qəzet yazır ki, bəzi hallarda kəşfiyyat D.Trampa öz mənbələrini və məlumat toplama üsullarını açmaq istəməyib. Söhbət xarici dövlətlərin ABŞ kəşfiyyatı tərəfindən hansı üsullarla izlənməsindən gedir.

Yazıda qeyd olunur ki, kəşfiyyat Trampdan əvvəlki dövrdə də bəzən öz mənbələrinin güvənliyi naminə bütün informasiyaları prezident və Konqreslə bölüşmürdü. Lakin ilk dəfədir ki, informasiyaların gizlədilməsi prezidentə etimadsızlıq və mümkün sızıntılardan ehtiyatlanmaqla bağlıdır.

«The Wall Street Journal» hesab edir ki, yaranmış durum xüsusi xidmət orqanları ilə Tramp administrasiyası arasındakı etimadsızlığın nə qədər dərin olduğunu göstərir. Kəşfiyyatın qorxuları daha çox prezidentin ətrafındakı adamların Rusiya ilə əlaqələrindən, eləcə də Trampın kəşfiyyata qarşı mənfi münasibətindən qaynaqlanır. «Bu, prezidentlə kəşfiyyat xidmətləri arasındakı münasibətlərin indiyədək görünməmiş şəkildə mürəkkəbliyindən xəbər verir. Mən nə vaxtsa bu cür fikir ayrılığı gördüyümü xatırlamıram. Bu, ölkəmiz üçün heç də yaxşı deyil», - deyə ABŞ kəşfiyyatının sabiq yüksək rütbəli əməkdaşı Mark Lovental bildirib.

Xatırladaq ki, «The New York Times» qəzeti seçki kampaniyası dövründə Donald Trampın yaxın çevrəsindəki bəzi şəxslərin Rusiya ilə əlaqədə olduqlarına dair xəbər yayıb.