vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
REGİON  
16:21 | 20 fevral 2017 | Bazar ertəsi Məqaləyə 1120 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Mən bundan narahatam»

«İŞİD-dən sonra Yaxın Şərqdə sabitliyi İran təhdid edəcək»

Aleksandr BELOV, REGNUM İA

MÖVZU İLƏ ƏLAQƏLİ

Respublikaçılar və Demokrat partiyasından qanunvericilər bildiriblər ki, ABŞ-ın başçılığı ilə koalisiya İŞİD yaraqlılarını qalan son istehkamlardan sıxşdırdıqdan sonra İran liderləri beynəlxalq terrorizmin aparıcı sponsoru statusunu möhkəmləndirməkdən ötrü çox gözəl imkan əldə edəcəklər. Bu haqda «The Washington Examiner» məlumat verib. Respublikaçı senator Marko Rubio deyib: «Raqqa süqut edəcəyi gün İran ABŞ-ı bölgədən sıxışdırmaq üçün addımlar atacaq».

Beləliklə, Rakka tutulduqdan sonra bir terror təhlükəsi başqası ilə əvəz olunacaq. Hətta Tehran «Postqərb dünya düzəni» yaradılması uğrunda açıq şəkildə çıxış edən Rusiya hökuməti ilə qarşılıqlı fəaliyyəti dəstəkləyir. Qanunvericilər bu fonda narahatlıq keçirirlər ki, İŞİD-in məhv edilməsi ABŞ-la bölgəsəl qarşıdurmanın yeni mərhələsinin başlanğıcı ola bilər.

«Mən doğrudan da hesab edirəm ki, Rusiya ilə İran arasında bir növ dilbirliyi olacaq», – deyə ABŞ Nümayəndələr palatasının təmsilçisi və xarici münasibətlər üzrə palata Komitəsinin ən yüksəkçinli demokratı Eliot Engel qeyd edərək əlavə edib: «Mən bundan narahatam». Suriyada Rusiya-İran üstünlüyü Vaşinqtonun müttəfiqləri və sonradan Vaşinqtonun özü üçün də bir yığın mənfi nəticələrə səbəb ola bilər. Çünki Suriya İsrail, İraq və NATO üzrə müttəfiq Türkiyə ilə həmsərhəddir. Buna görə də bölgə Rusiyanın «yeni liberal dünya düzəni»nin mərkəzi ABŞ-dan sürüşdürüləcək paradiqma iddiaları üçün mühüm teatrdır.

RF XİN başçısı Sergey Lavrov təhlükəsizlik üzrə Münhen konfransında vurğulayıb: «İstəsəniz, onu «postqərb dünya düzəni» adlandırmaq olar».

Rusiyanın da strategiyasında açar amil İrandır – Səudiyyə Ərəbistanı və ABŞ-la işləyən digər sünni dövlətlərin təbii amilidir. Şiələr də sünnilərə vəhşi münasibəti ilə sünni radikal qruplaşmaların mövqeyinin möhkəmlənməsini təmin ediblər.

«Institute for the Study of War» mərkəzinin məruzəsində göstərilir: «Bu qruplaşmalar məqsədyönlü şəkildə bu şəraiti istismar edir, özlərini sünni ərəblərin yeganə etibarlı müdafiəçisi kimi təqdim edir».

Nəşrin qeyd etdiyi kimi, İran cəmi bir il əvvəl ABŞ-ın on dənizçisini bu ölkənin ərazi sularına daxil olarkən saxlayaraq «alçaldıb». Hətta 2005-2011-ci illərdə İraqda Tehranın tədarük etdiyi partladıcı maddədən ABŞ-ın, təxminən, min hərbçisi həlak olub. Buna görə də Vaşinqtonun qarşısında İŞİD-i elə formada məhv etmək vəzifəsi durur ki, heç bir terrorçu təşkilat onun yerini tutmasın, həmçinin bölgə nə Rusiyaya qalsın, nə də İrana. (strateq.az)