450 min dollar nə üçün idi?
Flinn ətrafında yeni həngamə: AKP hökuməti, türk biznesmen, «Fətullah Gülən pazı»
Amberin ZAMAN, «Al-Monitor»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
ABŞ Ədliyyə Nazirliyinə qadın namizəd
Trampın yeni prioriteti Pam Bondidir
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
-
Tramp İranı hədələyib
“Ölkənizi məhv edəcəyik deyərdim”
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
Maykl Flinn, prezident Donald Trampın qısa müddətli sabiq milli təhlükəsizlik məsləhətçisi, öz konsaltinq firmasının – «Flynn Intel Group»un bir türk iş adamı tərəfindən «Türkiyə Respublikası nəfinə» işə cəlb edilməsi barədə Ədliyyə Nazirliyinə məlumat verdikdən sonra yeni bir mübahisənin mərkəzinə düşüb.
Xarici Agentlərin Qeydiyyat Aktına (FARA) əsasən, təqaüdçü general nazirliyə firmasının əlaqələri barədə ətraflı məlumat çatdırıb. Həmin məlumata görə, firma Türkiyə hökumətindən heç bir maliyyə almayıb. Yəqin ki, bu, qanun pozuntularına yol verilməsinə dair istənilən gümanlara zəmin olmaması üçündür. Amma məlumat əks-təsir izi qoyub.
Vitse-prezidenti Mayk Pens «Fox News»a bildirib ki, Milli Təhlükəsizlik Agentliyinin sabiq baş rəhbərinin Türkiyə ilə əlaqələrindən ilk dəfə xəbər tutur: «Mən prezidentin general Flinnin istefa xahişi barədə çıxardığı qərarı bir daha düzgün hesab edirəm».
Mövzunun mediada işıqlandırılması türk iş adamı Ekim Alptekin, onun Hollandiyadakı «Inovo BV» şirkət və Türkiyə hökuməti arasında sövdələşmənin varlığını göstərir. Türkiyənin Ədalət və İnkişaf Partiyasının bəzi tənqidçiləri M.Flinni Alptekinin yox, Türkiyə hökumətinin maliyyələşdirdiyini iddia edirlər.
E.Alptekinin «Twitter» vasitəsilə ilkin şərhləri ona kömək etmədi. O dedi ki, Flinni lobbiçilik üçün muzdla işə götürməyib. Lakin onun inkar etdiyi «Flynn Intel Group»un Ədliyyə Nazirliyinə təqdim etdiyi məlumatla üst-üstə düşmür. Maykl Flinn və Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni, energetika naziri Berat Albayrak arasında Alptekin tərəfindən sentyabrın 19-da təşkil edilən Nyu-York görüş də bura daxildir.
«Flynn Intel Group»un arayışına əsasən, firma «Inovo» üçün açıq mənbəli araşdırma aparıb. Müstəqil podratçıların həyata keçirdiyi araşdırma Fətullah Gülən və Gülənin Birləşmiş Ştatlardakı məktəbləri ilə bağlı olub.
Gülən – Türkiyədə rəsmi olaraq uğursuz 15 iyul hərbi çevrilişində ittiham olunan və Pennsilvaniyada məskunlaşmış sünni ruhanidir. Türkiyə Gülənin ekstradisiyasını tələb edir və onun təqsirini sübut etmək üçün kampaniya aparır.
Son bir neçə ay ərzində sabiq türk generalları, jurnalistlər və digər şəxslər mətbuatda, müxtəlif Vaşinqton panellərində Fətullah Gülən xoca əfəndinin terror təşkilatına qarşı hökumətin işinə köməklik ediblər. Buna görə də Türkiyənin yardım üçün ABŞ-da lobbiçiləri bu işə cəlb etməsi təəccüblü deyil: ötən il Milli Mətbuat Klubunda Ankara ilə «Amsterdam & Partners LLP» firması arasında müqavilə bağlanması təntənəli şəkildə elan olunub.
Əgər Türkiyə M.Flinnin xidmətlərindən faydalanmaq istəyirdisə, niyə bunu birbaşa yox, Alptekinin şirkəti vasitəsilə etmək istəsin?
Lobbiçilik işinin ustası olan vaşinqtonlu bir vəkil deyib ki, «bunun üçün əsaslar vardı». Anonimlik şərti ilə «Al-Monitor»a danışan vəkil deyib: «Fiziki şəxs tərəfindən maliyyələşdirilən lobbiçilik daha incə və effektivdir. Çünki işi hökumətlər maliyyələşdirdikdə, podratçı Ədliyyə Nazirliyinə xarici dövlət barədə məlumat, üstəlik müsbət rəy verməlidir. Bu zaman deyəcəyiniz təbliğat kimi səslənir».
Amma Alptekin M.Flinnə ödənişlərin Türkiyə hökumətinin vəsaiti olduğunu qətiyyətlə rədd edir. «Al-Monitor»a telefonla verdiyi müsahibəsində, o, Flinn ilə sövdələşməsinin təhrif edildiyini bildirib. «Mən Flinni lobbiçilk işinə cəlb etməmişəm», – deyə o israr edib.
Belə olan halda, sabiq müşavirə hansı işinə görə muzd verilib?
Alptekin deyib ki, Flinnin şirkəti ona «Türkiyə və regionda geosiyasi təhlili üçün» lazım olub. Guya bundan əvvəl «Türkiyəyə investisiya qoymağı nəzərdən tutan bir regional enerji şirkəti» «İnovo»dan təhlil istəyib. Amma şirkət «İnovo»nun məhsulundan razı qalmayıb. Buna görə də «İnovo» tərəfindən M.Flinnə müraciət olunub.
Alptekin deyib ki, regional enerji şirkəti ilə müqaviləsində aşkarlama barədə bənd yoxdur. Buna görə də «çox böyük» ola biləcək investisiyanın xarakterini açıqlaya bilməz.
«İnovo» şirkətinin sahibi bildirib: «Maliyyə cəhətindən çoxmulyardlı bir layihə Türkiyə və ABŞ arasında münasibətlərin yaxşılaşdırılmasını tələb edir və Gülən bu işə soxulmuş böyük pazdır. O pazı çıxarmaq lazımdır».
Türk-Amerikan İşgüzar Şurasının prezidenti olan E.Alptekin deyib ki, o, ABŞ-da ticarət maraqlarına malik «türk vətənpərvəri»dir. «Buna görə də əlaqələrin bərpasına şəxsi töhfəsini verməkdən ötrü» M.Flinnlə sövdələşib.
««Flynn Intel Group» ilə danışıqların gedişində, lobbiçilik və PR komponent zərurəti razılaşdırılıb, lakin iş tam icra olunmadığı üçün razılaşmaya düzəliş olunub və mən 95 min dollar təzminat almışam».
Alptekin deyib ki, 2016-cı il avqustun sonlarında M.Flinn ilə üç aylıq müqavilə imzalayıb və onun firmasına 450 min dollar ödəyib. «Mən layihənin bir hissəsinin icrasından çox məmnun idim. Pulumun yerdə qalanını da almışam», – o qeyd edib.
Flinnə ödənən pul «Inovo» «qismən» şəxsi hesablardan qayıdıb.
Alptekin Gülənin ekstradisiya etmək barədə M.Flinnin mübahisəli məqaləsinin «layihə»sini gördüyünü etiraf edir. O, məqalənin dərcindən öncə özü ilə məsləhətləşmə aparıldığını əvvəllər inkar edirdi. Amma indi yox. E.Alptekin yazının son versiyasını təsdiqləmədiyini və ümumiyyətlə məqaləni sifariş vermədiyini bildirib.
Ötən il noyabrın 8-də dərc olunmuş məqalədə M.Flinn Gülən və «Müsəlman Qardaşlar» arasında yanlış paralellər aparıb. «Türkiyə haqqında az-çox nəsə bilən hər kəsin məlumatı var ki, hökumət ən pis düşməninə [Gülənə] nifrət edir və eyni zamanda, onu rəğbət bəslədiyi bir qrupa [Müsəlman Qardaşlar] bənzədir».
Alptekin əvvəllər müxtəlif KİV-lərdə edilmiş iddialarını təkrarlayıb: «Flinnn və Türkiyə nazirləri arasında Nyu-York görüşü son dəqiqədə olan şeydir və bu görüş Flinnin işgüzar tərəfdaşı kimi yox, Türk-Amerikan İşgüzar Şurasının prezidenti kimi təşkil edilib. Gülən və Türkiyə dərin narahatlığına səbəb olan Suriyada «İslam Dövləti» ilə mübarizədə Suriyanın kürd silahlılarından ABŞ və müttəfiqlərinin yararlanması söhbətdə özü-özünə ortaya çıxıb. Türkiyə tərəfi söhbətin aparıcısı olub», – deyə Alptekin xatırlayıb.
O, türk rəsmiləri ilə Flinnin qarşılaşmasının bircə dəfə baş verdiyini və Trampın inauqurasiyasından dərhal sonra Vaşinqtonda, naharda görüşən Çavuşoğlu və Flinn arasında heç bir rola malik olmadığını inadla təkrarlayıb.
Türk lobbiçilik səylərindən məlumatlı vaşinqtonlu məsləhətçi isə deyib: «Alptekin risksevən adam kimi tanınır. O, ağıllı, iddialıdır və böyük işlərə baş qoşur. Bəzən o, qalib gəlir; digər vaxtlarda isə yox. Amma bu işdə hər hansı şübhəli məqam varsa, bunun məsuliyyəti Flinnin üzərinə düşür. Flinn nə işin qulpundan yapışdığını bilməli idi».
Alptekinə gəlincə, deyəsən, bu dəfə işlər lazımi yöndə getməyib. İlk milyonlarını 30 yaşında qazanan 40 yaşlı bu şəxs etiraf edib ki, Flinn ilə əlaqələr ilə bağlı regional enerji şirkəti qarşısında xoruzlanırmış. «Amma onlar üç həftə əvvəl mənə «yaxşı yol» dedilər. Yəqin ki, elə bu həngaməyə görə». (strateq.az)