vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
11:47 | 14 mart 2017 | Çərşənbə axşamı Məqaləyə 1442 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Başımızı aldadırlar»

Ərdoğan Avropa haqqında: «Qaçqınlara görə vədlər vermişdilər, amma ...»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Avropa İttifaqı ilə münasibətlərin yenidən baxılması gündəmdə qalmaqdadır. Lakin hazırda ən önəmli məsələ 16 aprel Konstitusiyaya dəyişiklik üzrə referendumdur».

Bunu «A Haber» telekanalının efirində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

«Mənim Avropa İttifaqı ilə bağlı fikirlərim bəllidir. Avropa əvvəlki kimi bizim başımızı aldadır. Onlar şərəfsizlik nümayiş etdirir. Qaçqınlara görə vədlər vermişdilər, 6 milyard avrodan danışırdılar. Gələn 750 milyon oldu. Viza rejiminin liberallaşdırılması məsələsi də eyni, 2016-cı ilin sonunda qüvvəyə minməli idi, o da olmadı», - deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti həmçinin Niderlandda türkiyəli nazirlərin çıxışlarının yasaqlandığına görə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyini deyib.