vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
AMERİKA  
21:58 | 22 mart 2017 | Çərşənbə Məqaləyə 1685 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tramp üçün qara günlər qabaqdadır

FTB direktorunun Konqresdəki açıqlamaları bunu göstərir

MÖVZU İLƏ ƏLAQƏLİ

Federal Təhlükəsizlik Bürosunun (FTB) direktoru Ceyms Komi rəsmi olaraq Donald Trampın qərargahının Moskva ilə əlaqələrini araşdırdığını açıqlayıb. Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Qərbin mətbu orqanları 11 sentyabrda olduğu kimi müstəqil təhqiqat aparılmasını tələb edir.

Kanadanın «Globe and Mail» qəzeti FTB-nin Rusiya hökuməti ilə Trampın komandası arasında əlaqələrin incələməsi xəbərini sonuncu üçün sonun başlanğıcı olaraq qəbul edir.

«Ən azı Tramp özü və seçki komandası yaxın müddət ərzində üzərlərinə çökən şübhə buludlarını dağıda bilməyəcək», - məqalədə qeyd olunur.

Bundan başqa, qəzet Komi və Milli Təhlükəsizlik Agentliyinin direktoru Maykl Rocersin eks-prezident Barak Obamanın Trampı dinlətdirmədiyi ilə bağlı məlumatının prezidentə vurulan ikinci zərbə kimi qiymətləndirib. «Artıq heç bir tvit Trampı bu rüsvayçılıqdan qurtara bilməz», - məqalənin yekun cümləsində deyilir.

«Komi Tramp və Rusiya haqqında elə xəbərlər verdi ki, bundan can qurtarmaq mümkün deyil», - «The New York Times» yazır.

Qəzetin yazdığına görə, hazırkı situasiyada ilkin vəzifə yalan və iftira atmaqda tayı olmayan Tramp administrasiyasının müdaxiləsindən qorunan müstəqil təhqiqatın aparılmasını təmin etməkdir.

Tramp isə Konqresdəki dinləmələrdən qabaq öz qərargahının Rusiya ilə əlaqələri barədə məlumatların saxta olduğunu , FTB-nin isə ilk növbədə araşdırma barədə informasiyaları mətbuata sızdıranları tapmalı olduğunu yazıb.

«Prezident tərəfindən bu cür həyasız xəbərdarlıqlar cəmiyyətin FTB-nin təhqiqatına inamını zəiflətməkdən başqa bir şeyə yaramır. Bunun üçün işi müstəqil bir prokurorun aparması vacibdir»,- qəzet qeyd edir.

«Yox, cənab respublikaçılar, «əsl problem» informasiya sızmalarında deyil», - The Washington Post qəzetinin başlığı belədir.

Qəzetin yazdığına görə, Komi və Rocersin Konqresdəki söylədikləri ilk öncə respublikaçıları narahat etməlidir. «Rəsmi ağızdan bəyan edildi ki, prezident, yəni onların partiyasının lideri öz sələfini cinayətdə ittiham edərək yalan danışıb. Bundan başqa, prezidentin qərargahı ABŞ demokratiyasını dağıtmaq istəyən təhlükəli düşmənlə əlaqələrdə yoxlanılır».

Qəzet yazır ki, respublikaçıların bəyanlarına baxılsa onlar Rusiyanın fəaliyyətinin araşdırmaqdan daha çox bununla bağlı cəmiyyətə məlumat verənləri cəzalandırmaq istəyirlər.

Qəzet Trampın yuxarıda bəhs edilən tvitini də «Putinin onun seçilməsinə dəstək göstərdiyi fikrindən yayındırmaq» olduğunu düşünür.

«Trampla bağlı situasiyada nələrin ola biləcəyini təxmin etmək çətindir. Lakin artıq bilirik ki, FTB hazırkı prezidentin seçkilərdə qalib gəlməsi üçün düşmən ölkə ilə əməkdaşlıq edib-etmədiyini yoxlayır. Əgər ABŞ qanunvericilərinə bu cür ciddi məsələdə sübutlar təqdim olunsa o zaman Uotergeyt bunun yanında bəsit siyasi oyun kimi qalar», - Britaniyanın The Guardian qəzeti yazır.

«Trampın Rusiya prezidenti Vladimir Putinin dəstəyi ilə qələbə qazandığını düşünmək belə ağırdır. Lakin bundan daha pisi prezidentin qərargahından birilərinin düşmən ölkənin müdaxiləsini bilərək bunu xəbər etməməsi, hətta bu qara əməliyyatın iştirakçısı olmasıdır», - «The Washington Post» qəzetinin yazarı Yucin Robinsonun fikri belədir.

«Fikrimcə, FTB-nin araşdırması zamanı prezidentin rusiyalılarla biznes əlaqələrinə də toxunulmalıdır», - Robnson yazır.