ABŞ İncirliyi tərk edir
Pentaqon Suriyanın şimalında beş aviabaza yaradır, yankilər YPG ilə işbirliyində
F.MƏMMƏDOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
ABŞ Ədliyyə Nazirliyinə qadın namizəd
Trampın yeni prioriteti Pam Bondidir
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Türkiyə Afrikada möhkəmlənir
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
Amerikanın bir neçə mühəndis qrupu Suriyanın şimalında yeni böyük aviabazanın qurulması üzərində sutka boyu aravermədən işləyir. Bu bazanın qurulmasını başa çatdırandan sonra amerikalılar daha dörd aviabazanın genişləndirilməsini həyata keçirəcəklər.
Virtualaz.org xəbər verir ki, məlumatı İsrail kəşfiyyatına yaxın «Debka» portalı yayıb. Məlumata görə bazaların hamısı Suriyanın İraqla sərhəd şimal zonalarında yerləşdiriləcək. Sayt hərbi qaynaqlara istinad edir.
Məlmatda deyilir ki, Suriyanın şimalında, Tabka yaxınlığında aviabazanın qurulması işləri ötən həftənin şənbə və bazar günləri də ara vermədən davam edib. Hansı ki, həmin günlərdə konqresmenlər və senatorlar prezident Donald Trampın Suriyaya raket zərbələri endirilməsi barədə qərarını müzakirə edib bunun birdəfəlik aksiya, yoxsa hansısa əhatəli planının tərkib hissəsi olub-olmadığını ayrıd etməyə çalışırdılar.
Lakin sayt yazır ki, Suriyanın şimalında aviabazanın yaradılması Tramp administrasiyasının Amerika hərbi-hava qüvvələrinin Türkiyənin cənubundakı İncirlik aviabazasından çıxarılmasını nəzərdə tutan əhatəli planının tərkib hissəsidir. Plana əsasən Suriyanın şimalında Amerika hava qüvvələrini yerləşdirmək üçün cəmi beş aviabaza yaradılacaq. Onlardan ən irisi İŞİD-in «paytaxtı» Rakkadan cəmi 40 kilometr məsafədə yerləşən Tabhada qurulur.
Qalan dördü isə Rmelan əyalətindəki Hacar aeroportu, Kamışlıda kiçik kənd təsərrüfatı təyyarələrini qəbul etmək üçün nəzərdə tutulan iki aerodrom və Hələbdən şimaldakı Kobani kürd anklavında yerləşən aerodromdur. Həmin aerodromlar hərbi təyyarələri qəbul etmək üçün avadanlıqlarla təchiz olunur. Bu aviabazaların qurulması başa çatdırılanda sonra ABŞ Suriya əməliyyatlarına iki dəfə artıq hərbi təyyarə cəlb edə biləcək.
Bildirilir ki, Tabka aviabazası habelə birləşmiş amerikan, kürd, ərəb qəbilə ordu qüvvələrinin toplanış bazası olacaq. Oradan həmin qüvvələrin Raqqa üzərinə irimiqyaslı hücumu planlaşdırılır.
«Debka» yazır ki, Tabka aeroportunun uçuş-enmə zolağı bu ilin martında ABŞ ordusunun qəfil desant əməliyyatı zamanı Suriya Demokratik Qüvvələri tərəfindən tutulub. Aviabaza kürd desantı tərəfindən ələ keçirildikdən sonra ABŞ Hərbi-Hava Komandanlığı ora təyyarələr göndərib. Aviabazaya tezliklə «İncirlik-2» adı veriblər. Tabkada İncirlik aviabazasında dislokasiya olunmuş 2500 Amerika hərbçisinin yerləşdiriləcəyi gözlənilir. Amerikalılarla yanaşı Almaniya Bundesveri də İncirliyi tərk etməyə, öz təyyarələrini oradan çıxarıb Kipr və İordaniyadakı bazalarda yerləşdirməyə hazırlaşır.
Belə ki, hazırda Almaniya ilə Türkiyə arasında gərgin münasibətlər hökm sürür, eləcə də ABŞ-la Türkiyənin münasibətləri soyuyub. Ankara əvvəllər dəfələrlə İncirlik bazasından müttəfiqlərinin istifadəsini məhdudlaşdırıb. İndi bildirilir ki, amerikalılar İncirlik bazasını tamamilə tərk etməyə hazırlaşır, çünki prezident Donald Tramp Türkiyə prezidenti Ərdoğanla münasibətləri daha da soyuqlaşdırmaq, türk ordusu ilə əməkdaşlığı məhdudlaşdırmaq əzmindədir.
Suriyada beş aviabazanın yaradılması Tramp administrasiyasının islamçı terror qruplaşmaları ilə mübarizəsinə, İranın Suriyanın hava məkanına çıxış imkanlarını məhdudlaşdırmağa, habelə PYD-YPG kürd qruplaşmalarını Türkiyə ordusunun mümkün həmlələrindən qorumağa hesablanıb.
Xatırladaq ki, Türkiyə ordusunun Suriyanın şimalında həyata keçirdiyi hərbi əməliyyatlar Əl-Bab qəsəbəsinin İŞİD-dən azad edilməsindən sonra dayandırılıb. Çünki Türkiyə ordusunun bundan artıq irəliləməsi kürd birləşmələri ilə birbaşa toqquşma demək idi və Vaşinqton buna yol vermək niyyətində deyil.