vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
REGİON  
13:56 | 12 aprel 2017 | Çərşənbə Məqaləyə 2031 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Erməni «avtoş» qızı

«Majorka» sükan arxasında, saatda 320 km sürət...

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın varlı balaları ölkədə hökm sürən iqtisadi depressiyaya qətiyyən məhəl qoymadıqlarını növbəti dəfə nümayiş etdiriblər.

Virtualaz.org xəbər verir ki, naməlum qadın sürücü «Mercedes AMG» avtomobili ilə Moskva Dairəvi Avtombil yolunda axşam saatlarında sürət yarışına çıxıb və saatda 320 kilometr sürət yığıb. Həmin sürücü avtomobilin salonundakı videoregistratorla bu anları çəkib və kadrları majorka_63 niki ilə İnstagram-da yerləşdirib. Bu haqda REN TV bildirir.

Sosial şəbəkə istifadəçiləri bildirirlər ki, zəngin balalarının tez-tez superkarlarda avtoxuluqanlıq əməli törətdiyi və sürət yarışına çıxdığı Rusiyada belə magistral yolda bu cür sürət görünməmişdi.

Avtomobilin sürücüsünün kimliyi müəyyən deyil, ancaq məlumdur ki, qalmaqallı avtoxuliqan , bu ilin martında məhkəmə tərəfindən ömürlük sürücülük vəsiqəsindən məhrum edilən Mara Bağdasaryan tez-tez «Mercedes AMG» avtomobillərindən istifadə edir.

Mara Bağdasaryan öz çevrəsində olan zəngin balaları ilə əvvəllər dəfələrlə avtoxuliqanlıq törədib və on minlərlə dollar məbləğində cərimələrlə cəzalandırılıb. Hər dəfə atası-Moskvada ət məhsulları biznesi ilə məşğul olan Elmar Bağdasaryan qızının əvəzində bu cərimələri ödəyib. Mara Bağdasaryan dəfələrlə inzibati həbslə də cəzalandırılıb, ancaq islah olmayıb və «avtoşluğa» davam edib. İndi onun sürücülük vəsiqəsindən ömürlük məhrum edildiyi bir vaxtda yenidən sükan arxasına keçib-keçmədiyi məlum deyil. Bu «dəcəl» erməni balasının atası Bakı ermənisidir, ötən əsrin 80-ci illərinin sonlarında, Qarabağda münaqişə başlayanda Rusiyaya köçüb.