vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
REGİON  
13:52 | 16 aprel 2017 | Bazar Məqaləyə 1237 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənistanda təlaş

Buna cəhd olsa, Rusiya zəhərini Yerevanın üzərinə tökəcək

Aqşin KƏRİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

«Rusiya «rəngli inqilab» anlayışına kifayət qədər geniş yanaşır. Moskvaya görə, vətəndaşların itənilən seçimi «rəngli inqilab»dır».

Modern.az saytının xəbərinə görə, bunu Rusiya prezidenti Vladimir Putinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrdə «rəngli inqilab»a imkan verməyəcəkləri barədə bəyanatını şərh edən erməni ekspert Ruben Meqrabyan bildirib.

Onun sözlərinə görə, Kreml Ermənistanda hakimiyyətin Moskvanın diktəsindən kənar formalaşmasının istənilən üsulunu Kreml «rəngli inqilab» kimi xarakterizə edir.

«Az qala korrupsiya ilə mübarizəni, Avropa, Qərblə yaxınlaşmanı da «rəngli inqilab» kimi tanıyırlar. «Rəngli inqilaba» cəhd olacaqsa, aydındır ki, Rusiya öz zəhərini Ermənistanın üzərinə tökəcək».

Ekspert qeyd edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatna gəlincə, bu, Rusiyanın əlində güc vasitəsidir.

«Rusiya istənilən kütləvi hərəkatı boğmaq üçün bu təşkilatdan istifadə edə bilər. Rusiya etirazları «rəngli inqilab» adlandırıb onu yatırda bilər».