vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
REGİON  
17:01 | 20 aprel 2017 | Cümə axşamı Məqaləyə 1112 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kim ad çəkib?

Putinin varis söhbəti Rusiyanı qarşıdırdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyada ilk dəfə rəsmi vəzifə tutan şəxs-Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin sədrinin birinci müavini Frants Klintseviç prezident Vladimir Putinin varisinin adını çəkib.

Virtualaz.org xəbər verir ki, bu məsələ Putinin iştirak etdiyi toplantıda qaldırılıb. Putin tapşırıb ki, məsələ araşdırılsın və tədbir görülsün.

Böyük vətən müharibəsində qələbənin əldə edilməsinin ildönümünə hazırlıq üçün qurulmuş «Qələbə» təşkilat komitəsinin iclasında Əfqanıstan müharibəsi veteranları ictimai birliyinin rəhbəri Andrey Çepurnoy Putinə şikayətlənib ki, senator Klintseviç onların təşkilatını məhv etməyə, əmlakını ələ keçirməyə və veteranlar arasında parçalanma yaratmağa çalışır. Habelə prezidentin varisinin adını çəkir. Çepurnoy deyib ki, Klintseviç Putinin varisinin Dövlət Dumasının indiki spikeri Vyaçeslav Volodin olacağı haqda danışır.

Əfqanıstan veteranının bu çıxışına cavab olaraq Putin bildirib ki, dövlət başçısının varisini ancaq xalq seçə bilər. Özü də demokratik seçkilərlə. «Başqa heç kim», - Putin vurğulayıb. Prezident öz administrasiyasının rəhbərinin müavini Sergey Kiriyenkoya elə toplantıdaca tapşırıb ki, məsələni araşdırsın.

Vyaçeslav Volodin Prezident Administrasiyasının rəhbərinin müavini olub, daxili siyasəti kurasiya edib və ötən il Dövlət Dumasının spikeri seçilib.