vaxtlı-vaxtında oxuyun! Cümə, 27 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
AVROPA  
23:28 | 21 aprel 2017 | Cümə Məqaləyə 1346 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiyanın diqqəti Fransada

Putinin hədəfi Avropa Birliyini dağıtmaqdır

Aqşin KƏRİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Fransada prezident seçkilərinin birinci turu aprelin 23-də, ikinci turu mayın 7-də keçiriləcək. Avropanın və dünyanın aparıcı dövlətlərindən olan Fransadakı seçki prosesi Rusiyanın da diqqət mərkəzindədir.

Modern.az «Business Standard»a istinadən bildirir ki, Rusiyanın Fransadakı seçkilərə müdaxilə üçün cəhd etməyəcəyini düşünmək sadəlövhlük olardı.

«Qərb düşünür ki, Vladimir Putin daxili narazılıqlara görə, xarici siyasət strategiyasından əl çəkməyə məcbur olacaq. Amma Kremlin Fransadakı seçkilərə müdaxilə etməyəcəyini düşünmək ən böyük sadəlövhlükdür»-deyə məqalədə yazılıb.

Bildirilib ki, Kreml prezidentliyə namizədlərdən Fransua Fiyon və ya Marin Le Penə dəstək vermək barədə qərar qəbul edib. Çünki hər iki namizəd Rusiya lideri haqqında müsbət fikirdədir və Moskvaya qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılmasının tərəfdarıdırlar.

İddiaya görə, Rusiyanın uzunmüddətli perspektiv planı bundan ibarətdir ki, Avropa Birliyi parçalansın. Buna görə də, Avropa dövlətlərindəki proseslərə bu və ya digər şəkildə müdaxilə etməyi qarşısına məqsəd qoyub.

Lakin ekspertlər hesab edir ki,  Rusiyanın Fransadakı seçki nəticələrini saxtlaşdıra biləcəyi mümkünsüzdür.

Qeyd edək ki, ABŞ-dakı sonuncu prezident seçkilərinə Rusiyanın kiber müdaxilə etdiyi haqqında iddialar səsləndirilirdi. Amma Kreml yayılan məlumatları təkzib etmişdi.