Litvada biabırçılıq
«Yaşıl adamlar» heç bir maneəyə rast gəlmədən Litvaya soxuldu, «xalq respublikası» elan edildi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
Çin gəmisinə təxribat ittihamı
Sualtı kabellərin kəsilməsinə görə İsveçin radarında düşən “Yi Peng”dən şübhələnilir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
Litvada bu günlərdə keçirilmiş və «yaşıl adamlar» kimi tanınan Rusiya xüsusi təyinatlılarının ölkə ərazisinə qəfil müdaxiləsinin qarşısını almağa yönəlmiş təlimlər iflasla nəticələnib, ciddi qalmaqala səbəb olub.
virtualaz.org xəbər verir ki, bu təlimləri Daxili İşlər Nazirliyi təşkil emişdi. Nazir Eymutis Misyunasın əmri ilə keçirilən təlimlərin ssenarisinə əsasən hərbi geyimlərində tanınma nişanı-şevron daşımayan Rusiya və Belarus diversantları qəfildən Litva ərazisinə soxulur və sərhəd zastavasını, polis komissarlığını ələ keçirir. Və təlimlərin məqsədi Litvanın təhlükəsizlik və sərhəd xidmətlərinin bu diversantların qarşısını necə ala biləcəyini müəyyən etmək idi.
Təlimlərin ssenarisində Litva ərazisinə diversantlar göndərən qonşu ölkə «Udiya» şərti adı ilə adlandırılır. Əfsanəyə gərə «Udiya»nın xüsusi təyinatlı bölmələri sərhəd xəttini qeyri-leqal şəkildə keçərək sərhəd zastavalarından birini, habelə Rusiya ilə sərhədə yaxın yerləşən Şalçininkay şəhərinin polis komissarlığını ələ keçirməyi qərara alır.
Litva DİN-in əməkdaşları-şərti «yaşıl adamlar»
Təlimlərin ssenarisinə əsasən «diversantların» qəfil həmləsi barədə ancaq polis, sərhəd xidməti və İctimai Təhlükəsizlik Xidmətinin rəhbərləri məlumatlı idi. Sıravi əməkdaşlar isə baş verənlərin təlim olduğunu bilməməliydi. Habelə yerli bələdiyyə məmurları da təlimdən xəbərsiz idi. Məqsəd yerli polisin, sərhəd xidmətinin, xüsusi xidmət əməkdaşlarının və bələdiyyənin Rusiya diversantlarının qəfil həmləsini dəf etməyə nə dərəcədə hazır olduğunu müəyyənləşdirmək olub.
Təlimlərin gedişində «Kalaşnikov» avtomatı ilə silahlanmış şərti «yaşıl adamlar» sərhədi maneəsiz keçərək Litva ərazisinə daxil olub, yaxınlıqdakı sərhəd zastavasını asanlıqla ələ keçirib və rabitə əlaqəsini kəsiblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə «diversantı» tuta bilib, lakin dərhal köməyə gələn digər dəstə həmin əməkdaşların özlərini girov götürüb. Tezliklə «yaşıl adamlar» şəhər polis komissarlığının binasını da tutublar, uğursuz danışıqlardan sonra əllərindəki «girovları» «öldürüblər».
Təlimlərin bundan sonrakı hissəsinə görə çevik reaksiya qüvvələri polis komissarlığını «yaşıl adamlardan» azad etməliydi. Lakin vəsaitə qənaət etmək üçün təlimlərin bu hissəsi ləğv edilib. Daha sonra ictimaiyyətə məlum olub ki, təlimlər Litva sərhəd və təhlükəsizlik qüvvələrinin mümkün diversiya həmləsinə hazır olmadığını üzə çıxarıb. Belə ki, «yaşıl adamlar» heç bir maneəyə rast gəlmədən Litva ərazisinin içərilərinə doğru bir neçə kilometr irəliləyib. Strateji mühüm obyekti ələ keçirib, polisin silahlarını əllərindən alıb və xeyli əməkdaşı girov götürüb.
Təlimlərin gedişi barədə daxili işlər nazirini iki saat gecikmə ilə xəbərdar ediblər. Polis əməkdaşları taktiki baxımdan çox savadsız hərəkət edib. Onların zəruri amunisiyaları olmayıb, mülki əhalinin təhlükəsizliyinin qeydinə qalınmayıb. «Nə jiletləri işə yarayıb, nə silahları, taktikaları isə daha betər», - nazir Misyunas şikayətlənib. Habelə təlimlər zamanı yerli əhali «rusların müdaxiləsinə» laqeyd qalıb. Hansı ki, hakimiyyətin hesablamalarına görə yerli rusdilli əhali «yaşıl adamların» qəfil müdaxiləsi zamanı fəal müqavimət göstərməliydi. Lakin şəhərə «yaşıl adamlar»ın daxil olduğunu bilən sakinlərdən heç kim bu barədə ekstremal xidmətləri məlumatlandırmayıb, heç kim «diversantları» tutmağa təşəbbüs göstərməyib. Hansı ki, hakimiyyət neçə vaxtdır Rusiya ilə sərhəd yaşayış məntəqələrində təbliğat apararaq «yaşıl adamların» qəfil müdaxiləsi zamanı əhalinin necə davranmalı olduğunu izah edirdi.
Əsl «yaşıl adamlar»
Parlamentin milli təhlükəsizlik və müdafiə komitəsi təlimlərə xüsusi iclas həsr edib. Məlum olub ki, təlimlərdə avtomatlardan istifadə nəzərdə tutulmamışdı. Bəs təlim avtomatları «diversantların» əlinə necə keçib, məlum deyil. Keçmiş müdafiə naziri, komitənin üzvü Rasa Yuknyaviçne deyib ki, təlimlər zamanı faciədən tük qədər məsafə ayırıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları baş verənlərin təlim olduğunu bilmədiyindən hücum edənlərə atəş aça bilərdi. Onun sözlərinə görə, indi əsl «yaşıl adamlar» baş verənlərin təlim olduğunu deyərək heç bir çətinlik çəkmədən polis komissarlığını ələ keçirə bilər.
Lakin deputatları ən çox narahat edən budur ki, şərti «yaşıl adamlar» şəhərdə möhkəmlənərək «Şalçininisk xalq respublikası»nı elan edə biliblər. Daxili işlər naziri bildirib ki, təlimlərin ssenarisində bu nəzərdə tutulmamışdı və iştrirakçılar «bədxahlar rolunu həddən artıq həvəslə oynayıblar». Nazir polis və sərhəd xidməti əməkdaşlarının baş verənlərin təlim olduğu barədə məlumatlandırılmamasını düzgün taktika adlandırıb.
Bəs yerli rusdilli əhali nədən baş verənlərə laqeyd qalıb? Ekspertlərə görə Litva hakimiyyətindən fərqli olaraq əhali artan Rusiya təhdidi barədə deyilənlərə inanmır və Şalçininskə «yaşıl adamların» müdaxiləsini eşidəndə də buna inanmayıblar. Digərləri isə əhalinin Litva hakimiyyətinə loyal olmadığının üzə çıxdığını düşünürlər...