«Qumar zəmanəmizin bəlalarındandır»
Milyarder oğlu Sərdarovun London malikanəsindən oğurluq edən qulluqçuya hakim rəhm elədi…
F.MƏMMƏDOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Pentaqon qoşun göndərdi
Arktikada ABŞ-Rusiya rəqabəti güclənir
London məhkəməsi dağıstanlı milyarder-oliqarx və neft maqnatı Rəşid Sərdarovun oğlu Timurun malikanəsindən yarım milyon dollara yaxın qiyməti olan lüks saatları oğurlayan qulluqçunun işi üzrə hökm çıxarıb. Virtualaz.org xəbər verir ki, hakim vəkilin vəsadəti əsasında qulluqçuya rəhm edib və onu həbslə cəzalandırmayıb.
«The Telegraph» qəzetinin yazdığına görə 32 yaşlı qadın Çarisse Montes məşhur Rusiya neft maqnatı, milyarder Rəşid Sərdarovun oğlu Timurun qulluqçusu olarkən onun qiymətləri 25 min funt sterlinqlə 65 min funt sterlinq arasında olan 8 ədəd «Hublot» və «Rolex «qol saatlarını oğurlaylıb. Oğurluq vaxtı ev sahibi ezamiyyətdə olub.
2015-ci ilin iyununda baş vermiş oğurluqdan sonra Montes saatları dəllala satıb və 22 min funt sterlinq xeyir götürüb. Lakin az qala yarım milyon dollarlıq oğurluq etməsinə baxmayaraq hakim ona həbsxana cəzası verməyib.
Buna səbəb qulluqçunun vəkili Rupert Rasselin məhkəmədə qaldırdığı vəsatət olub. Vəkil deyib ki, Sərdarov son dərəcə zəngin adamdır və buna görə də ondan edilmiş oğurluğa bu sərvətin «kontekstində» baxılmalıdır. Rassel bunu da bildirib ki, qulluqçunu cinayətə sövq edən onun qumara həvəsi olub.
Həbs olunarkən qulluqçunun telefonundakı qumar oyunu əlavəsindən onun il ərizndə 2429 dəfə oynadığı bəlli olub. «O gördüyü işdən xəcalət çəkir» - vəkil deyib. Müdafiəçi buna da zəmanət verib ki, Montes bir də belə hallara yol verməyəcək.
Lakin məhkəmə prosesində prokuror Edvard Franklin qulluqçu barədə onun vəkili kimi mərhəmətlə danışmayıb. Franklin deyib ki, qulluqçunun hərəkətini yalnız «xəyanət» adlandırmaq olar. Prokurorun sözlərinə görə, bundan əvvəl Timur Sərdarov artıq bir dəfə qulluqçusunu bağışlamışdı. 2014-cü ildə Montes Timur Sərdarovun arvadının «Rolex» saatını oğurlamışdı.
Məhkəmənin sonunda hökm çıxarmazdan əvvəl hakim Michael Grieve qulluqçuya müraciət edib: «Siz 8 il müddətində Timur Sərdarovun qulluqçusu olmusunuz, onun və arvadının sizə etibarını çox pis bir şəkildə yerə vurmusunuz. Bu qumar da ki, müasir zəmanəmizin bəlalarından biridir. Adamları çox xəcalətli işlərə məcbur edir».
Bu sözləri deyəndən sonra hakim onun 1 il 2 aylıq həbsxana cəzasını şərti cəza ilə əvəz edib. Bu hökmə əsasən, Montes həmçinin 150 saat ərzində haqqı ödənilməyən ictimai işlərə cəlb olunmalıdır.
Rəşid Sərdarov 1955-ci ildə Dağıstanda, Mahaçqalada anadan olub. Dağıstan Dövlət Universitetini geofizika ixtisası üzrə bitirib. 1983-1985-ci illərdə Ümumittifaq Geofizika Elmi Tədqiqat İnstitutunun Cənub filialının Bakıda yerləşən geokimya poliqonunun rəisi işləyib. SSRİ-nin dağılması ərəfəsində biznesə başlayan Sərdarov 1991-ci ildə «Cənubi Ural sənaye şirkəti»ni yaradıb və o vaxtdan həmin şirkətə rəhbərlik edir. Sərdarovun aktivlərinə neft –qaz yataqları daxildir. «Forbes»in hesablamalarına görə onun 4.9 milyard dollarlıq sərvəti var. Digər oliqarxlar kimi Sərdarov da dəbdəbəli həyat tərzi ilə məşhurdur. Məsələn, gecə barının cangüdəninə ərə gedən qızı Viktoriya üçün Praqaa 10 milyon dollara toy edib, arvadının ad günündə oxumağa Elton Conu çağırıb və s...
Oliqarxın Avstriyada, Londonda, İsveçrədə və digər yerlərdə malikanələri var. Rusiyada isə Volqa çayının sahilində 5 kilometr boyu meşəliyi hasara alıb və orada özünə ov malikanəsi tikdirib.