vaxtlı-vaxtında oxuyun! Cümə, 27 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
AVROPA  
23:00 | 27 aprel 2017 | Cümə axşamı Məqaləyə 643 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Suvalk dəhlizi...

...Rusiya və ABŞ-ın üz-üzə gələcəyi potensial «barıt çəlləyi»

Vüqar İSMAYILOV

MÖVZU İLƏ ƏLAQƏLİ

«Bura Avropanın ən sakit yerlərindən biridir. Sakit kənd yolları palıd meşələri və göllərlə əhatələnib. Lakin müdafiə sahəsi üzrə ixtisaslaşan ekspertlər bu dar dəhlizin gələcək Rusiya-ABŞ qarşıdurmasında meydan olacağını deyirlər.

Modern.az xəbər verir ki, avstriyalı jurnalist Benedikt Brukun news.com.au  saytında dərc olunan məqaləsi bu cümlələrlə başlayır. O bəzi ekspertlərin NATO-nu öz sərhədlərindən kənarlaşdırmaq istəyən Rusiyanın bu əraziyə potensial nüvə zərbəsi endirə biləcəyini də yazır.

«Bu dar, çətin keçilən 80 kilometrlik dəhliz Polşa və Litvanın arasında yerləşir və Suvalk dəhlizi kimi tanınır. Suvalk dəhlizi Baltikyanı ölkələrin – Estoniya, Litva, Latviya ilə NATO və Avropa Birliyindəki müttəfiqləri ilə əlaqə saxlamaq üçün yeganə quru ərazilərdir. Dəhliz hər iki tərəfdən Putinlə əhatə olunub. Qərbdə nüvə raketləri ilə dolu Kalininqrad, şərqdə isə Moskvanın müttəfiqi Belarus yerləşir. Bu dar ərazi NATO və onun müttəfiqləri üçün kabusa çevrilə bilər» – deyə məqalə müəllifi yazır.

Benedikt Bruk bu fikri digər ekspertlərin də dəstəklədiyini yazır.

«Bu dəhlizi asanlıqla ələ keçirmək olar. Rusiyanın Kalininqradda böyük qoşunu var, Belarusdakı qoşunlarla isə dəhlizi asanlıqla bağlamaq mümkündür»-deyə Avstraliyanın Kertin Universitetinin Rusiya mütəxəssisi Aleksey Muravyev deyib.

«Əgər Rusiya Suvalk dəhlizinə daxil olsa, NATO cavab verməli olacaq.Yoxsa, bütün proseslərdən kənar qalacaq. Buna görə, Estoniya və Polşa NATO-nun büdcəsinə ən çox maliyyə ayıran ölkələrdir. Bu məsələdə qarşılıqlı həssaslıq var. Rusiya özünü NATO ölkələri qarşısında, NATO-ya üzv Baltikyanı respublikalar isə güclü Rusiya qarşısında çəkinir. Qarşılıqlı inamsızlıq həmişə konfliktin eskalasiyasına səbəb oldu. Şimali Atlantika alyansı isə Suvalk dəhlizini qorumaqda israrlıdır».

ABŞ ordusunun general-leytenantı Ben Hodjes isə rəsmi Vaşinqtonun müttəfiqlərinin yayında olduğunu deyib.

«Biz Litvanın, Polşanın və bütün digər ölkələrin suverenliyinə təminatçıyıq və suverenlikləri pozularsa, onu bərpa etmək üçün bütün addımları atmağa hazırıq. Bu halda Üçüncü Dünya Müharibəsinin başlanmasının qaçınılmaz olduğunu deyə bilmərik. Bunun heç kim. O cümlədən. Ruslar da istəmir», – deyə general deyib.