vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
18:50 | 28 aprel 2017 | Cümə Məqaləyə 1263 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İvanka və Melania arasında nə baş verir?

Birinci ailədə maraqların toqquşduğu bildirilir

Donald Tramp böyük qızı İvankanı baş məsləhatçisi elan edəndə ağla ilk gələn ABŞ-ın birinci ledisi Melania Tramp gəldi. Sual yarandı: «Bəs Melania?»

Əlbəttə, Melania Tramp hazırda ictimai və rəsmi mərasimlər, təhsil haqqında işlər, qadın haqları və ailə məsələləri barədə işlərlə məşğul olan birinci ledi statusuna sahibdir.

Lakin Tramp prezident olandan onun həyatına və işlərinə təsir edən qadın Melania deyil, əsas fiqur, heç şübhəsiz, qızı İvanka Trampdır. 

«CNN»-nin analitiki Ancela Raya görə, İvankanın oval ofisdəki təsiri əslində göründüyündən də çox ola bilər.

«The Independent» yazır: «Orada yazılmamış qayda var ki, «birinci ledi» prezidentin səhərlər ilk gördüyü şəxs və axşamlar yatmadan qabaq sonuncu gördüyü şəxsdir.

Birinci ledi prezidentin ən əsas dəstəkçisi, güvəndiyi qeyri-rəsmi məsləhətçisidir.

Lakin hazırda Melania oğlu ilə bərabər Nyu-Yorkda yaşayır, İvanka isə ailəsi ilə bərabər Vaşinqtona yerləşib və Trampın baş məsləhətçisidir.

Faktiki olaraq birinci ledinin rolunu oynamaqdadır».

«CNN»-nin eksperti Ancela Ray İvankanın baş məsləhətçi kimi vəsifəsini əvvəlki administrasiyalardan nə ilə fərqləndiyi haqqında danışıb. «Biz bu vəzifələr haqqında müqayisə apararkən görürük ki, burada müəyyənləşdirilməyən nüanslar var, yəni işin təsviri dəyərləndirmə baxımından yetərli deyil», - Ray bildirib. Belə bir boşluq onları asanlıqla maraqların toqquşmasına götürə bilər.

A.Ray İvanka haqqında bildirib ki, hazırda o məsləhətçi deyil, faktiki birinci ledi rolunu oynamaqdadır, çünki Melania Trampın yanında olmur və onu yoxlamır.

Trampın Suriyanı vurması zamanı və administrasiyanın «planlaşdırılan valideynlik» uğrunda davam edən mübarizəsi zamanı siyasi debatlarda İvanka var idi. O, Suriya miqrantları haqqında, feminizm və qadın hüquqları da daxil olmaqla hər məsələdə öz fikrini bildirirdi.

Melania isə siyasi səhnədə görünmür.

İvanka Tramp «birinci ledi» rolunu oynayan prezidentin ilk birinci qızı deyil. Belə ki, 18-19-cu əsrlərdə ABŞ prezedentlərinin qız övladları, hətta qohumları da bu rolu oynayıblar.


• Marta Cefforson Randolf (prezident Tomas Ceffersonun qızı);

• Emili Donelson və Sara York-Cekson (prezident Andrey Ceksonun bacısı qızı və baldızı);

• Meri Elizabet Blis ( prezident Zaxari Teylorun qızı);

• Roza Klivlend (prezident Qrover Klivlendin qızı).


Lakin digərlərindən fərqli olaraq İvankaya gəldikdə məsələ başqadır. İvanka sadəcə Trampın qızı deyil, o, debatlarda iştirak edən, qeyri-müəyyən məsələlərə təsir edən və bütün bunların zəminində öz şəxsi biznesinin qayğısına qalan, dünya liderləri ilə əlaqələri olan və qeyri-müəyyən vəzifəsi ilə beynəlxalq əlaqələr haqqında söz sahibi olan birisidir.

Melania və İvanka arasında gərginlik artsa da, İvanka ögey anası ilə və ümumiyyətlə hər şeyin yaxşı olduğunu göstərməyə çalışmaqdadır. O, «Twitter» hesabından Melanianı doğum günü münasibəti ilə təbrik edib və onun möhtəşəm ögey ana, zərafət və qayğıkeşlik nümunəsi olduğunu vurğulayıb.

Müxtəlif tipdə prezidentlər olduğu kimi, müxtəlif birinci ledilər də var. ABŞ-da bu məsələ kontitusion olaraq qeyri-müəyyən olduğu üçün prezidentin kim olmasından asılı olaraq dəyişir.