vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
REGİON  
22:35 | 30 aprel 2017 | Bazar Məqaləyə 475 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkiyə və Rusiyanın S–400 sövdələşməsi

Bölgədə hərbi qüvvələr balansı dəyişəcəkmi?

Andrey REZÇİKOV, Vzqlyad.ru

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyə bildirir ki, Rusiyanın hələlik ancaq Çinə satdığı məşhur S-400 ZRK-nin tədarükü barədə artıq saziş əldə olunub. Rəsmi Ankara arzu olunanı gerçəklik kimi qələmə vermirsə, bu sövdələşmə iki ölkənin yaxınlaşması haqda önəmli siyasi siqnal olacaq. Bunun o cür hərbi əhəmiyyəti də olacaqmı?

Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu cümə günü məlumat verib ki, Moskva və Ankara Rusiyanın S-400 zenit-raket komplekslərinin tədarükü barədə prinsipial razılığa gəlib və dəqiqləşdirib ki, təkcə qiymət haqda razılaşmaq qalır. Çavuşoğlu «Haberturk» qəzetinə gileylənib: «Biz S-400-ün alışı haqda Rusiya ilə prinsipcə razılaşmışıq. Birgə istehsal və qiymət üzrə danışıqlar aparılır. Biz NATO RƏM sistemlərini almaq istəyirdik, amma təəssüf ki, onlar bizim vəziyyətimizi anlamadılar. Ölkəmiz RƏM imkanlarını gücləndirməlidir».

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu günlərdə istisna etməyib ki, Vladimir Putin və Türkiyə lideri mayın 3-də Soçi görüşündə S-400 tədarükü məsələsini müzakirə edəcəklər.

Türkiyənin milli müdafiə naziri Fikri İşıq əvvəllər deyib ki, «S-400 üzrə məsələ final mərhələsinə yetişib, amma bu bildirmir ki, sabah saziş imzalanacaq».

O, həmçinin Rusiya komplekslərinin NATO sisteminə inteqrasiyasında Ankaranın plansız olduğunu da bildirib.

Türkiyə və Rusiyanın S-400 haqda danışıqlar aparmağı noyabrda məlum olub. «Rostex» başçısı Sergey Çemezov martda xəbər verib: Türkiyə Rusiyanın Maliyyə Nazirliyi ilə danışıqlar apardığı kreditlə verəcəyi halda S-400 almağa hazırdır. Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq üzrə köməkçisi Vladimir Kojin qeyd edib: "Türkiyənin NATO üzvlüyü bu cür tədarüklər üçün maneə olmaycaq".

Strategiya və Texnologiya Analizi Mərkəzinin direktor müavini Maksim Şepovalenko da bu cür sazişin gerçəkləşəcəyi halda, Türkiyə ərazisində S-400-ün istehsalı ilə bağlı problem görmür. Türkiyənin NATO üzvü olması da əngəl olmayacaq. O xatırladır ki, Yunanıstanda (o da NATO ölkəsidir) S-300-lər və Rusiyanın digər sistemləri silahlanmada durur (bunlar Kiprə tədarük edilmişdi, lakin faktiki olaraq Afinada göründü). Hərbi ekspertin izah etdiyi kimi, əsas sirri «bizimki-yad» tanıma sistemi və yaxud NATO hərbçilərnin zarafatla dediyi kimi, «deyingənlər» təmsil edir. O isə istənilən halda türk hərbçilərin əlinə düşməyəcək. Şepovalenko «Vzqlyad» qəzetinə deyir: «Türklər, sadəcə, NATO tanıma sistemləri düzəldəcəklər. Bu isə bildirmir ki, biz onlara özümüzün dövlət tanıma sistemlərimizi tədarük edirik. Biz S-300-ü artıq Kiprə tədarük etmişik, indi isə yetərincə irəli getmişik ki, yüksək texnologiyalı silahı ödəniş qabiliyyətli sifarişçinin sərəncamına verək».

 

S-400 kimə tuşlanacaq?

 

S-400-ün mümkün təyinatına gəlincə, ekspert xatırladır ki, Türkiyənin iki əsas düşməni var – kürdlər və yunanlar. O, hesab edir ki, amma Rusiya türklərlə S-400-ü Egey dənizi zonasında işlətməmək, yəni onu qonşu Yunanıstana tərəf yönəltməmək şərti kəsə bilər.

Ankara S-400-lərin məhz harada yerləşdiriləcəyindən ümumiyyətlə hələlik danışmır. Lakin məlumdur ki, ölkənin cənubi-şərqində, İran və Suriya sərhədində artıq bir neçə ildir NATO-nun «Patriot» RƏS-i durur. Yeri gəlmişkən, ekspertlər əmindirlər ki, Türkiyənin öz S-400-lərinin olması istəyinə düşməsinə ilyarım əvvəl bu komplekslərin yaxınlıqda – Suriyada Rusiya qoşunlarının sərəncamına verilməsi də təsir edə bilər.

Ekspert fikir yürüdür: «Sabitsizlik zonası Türkiyənin şərq hissəsi, İran, İraq və Suriya ilə sərhədlərdir. Onlar ki Yunanıstan və Bolqarıstanın yerləşdiyi Qərbdən hava zərbəsi gözləmirlər. İsrail?» və əlavə edir ki, türklər əvvəllər Çin komplekslərinin alqısından bilərəkdən imtina etdilər ki, Amerika RƏM sistemlərini daha sərfəli şərtlərlə almaq üçün amerikalılara təzyiq etsinlər. Amma bu, zahirən elə görünürdü ki, guya, Vaşinqton Ankaranı fikrindən daşınmaq üçün dilə tutub.

 

Sazişin siyasi astarı

 

Ekspert qeyd edir ki, S-400 üzrə sazişin güclü siyasi tərkibi olacaq. O, istisna etmir ki, Rusiya Türkiyənin NATO daxilində daha müstəqil olmasına yardım etmək istəyir ki, Ankara «korafəhmcəsinə papağını gündə yandırmasın, gərəkdiyi anda əda göstərə bilsin».

Şepovalenko əmindir ki, «RƏM sistemi suverenliyə çox güclü çəki əlavə edir».

O, hətta bu cür sazişi «vaşinqtonluların 80-ci səviyyədə fitnəkarlığı» adlandırır və yada salır: «RƏM sistemi tank və ya paroxod deyil, ən yüksək dəqiqlikli silah sistemlərindən biridir. Dünyada az-az ölkələr bunu düzəldir. Bizdən başqa amerikalılar, avropalılar, İsrail ABŞ-ın köməyi ilə güclənir. Qalan hamısı isə surətini çıxardır. Xalis Ərdoğan ədasıdır – bizimkilərlə sizinkilər arasında tarazlaşmaq».

 

Qüvvələrin hərbi balansı dəyişməyəcək

 

«Экспорт вооружений» dərgisinin baş redaktoru Andrey Frolovun sözlərinə görə, Ankaranın bu kompleksləri əldə edəcəyi halda bölgədə qüvvələr balansı dəyişməyəcək. Hər şeydən öncə o səbəbdən ki, S-400 hücum deyil, müdafiə silahıdır.

Frolov «Vzqlyad» qəzetinə bildirir ki, «Yunanların indi S-400-ün yox edə biləcəyi zərbə sistemləri yoxdur. Həm də mən əmin deyiləm ki, bu, Türkiyə üçün kütləvi alqı olacaq. Çox güman ki, ən yaxşı halda çox deyil, bir-iki strateji obyekti qoruyası bir-iki cüt divizion alacaqlar». Onun fikrincə, həmçinin sövdə RƏM sistemi «Türkiyəninkindən xeyli yaxşı və ümumiyyətlə dünyada ən mükəmməllərindən biri olan» İsraildə də narahatlıq üçün əsas olmayacaq.

Dövlət Dumasında da bu cür düşünürlər. Deputat Konstantin Zatulin («Vahid Rusiya») güman edir ki, Türkiyənin S-400 sistemlərini alacağı halda ölkə ətrafındakı qüvvələr tarazlığı çətin ki güclü şəkildə dəyişilsin, çünki Türkiyə silahlı qüvvələri onsuz da «bölgə kontekstində yetərincə bacarıqlı və güclü sayılır».

 

Lakin siyasi tərtib dəyişiləcək

 

Zatulin Yaxın Şərqdə, Suriya əməliyyatında müstəqilliyimizi nəzərdə tutaraq bu sövdəni Türkiyə ilə münasibətləri möhkəmləndirmək cəhdi kimi dəyərləndirir. Zatulin izah edir: «Bu, Qara dəniz və Bosfor üzrə Türkiyədən keçən kommunikasiyalar məsələsidir. Məsələ S-400-ə gəlincə, Türkiyə Ermənistana, Buşəhr AES-i müdafiə etmək üçün İrana tədarük etdiyimiz bu kompleksə yiyələnməkdə maraqlıdır».

Deputat əvvəlcə bu cür sövdə xüsusunda Moskvanın açıqlamasını gözləməyə çağırır və xatırladır ki, Ankara danışıqların digər tərəfi ilə sövdələşmə razılaşdırılana qədər sıxılmadan tez-tez şərhlərlə çıxış edir.